Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya, Qərb və qol güləşi diplomatiyası...

Ukrayna böhranı NATO və NATO-nun rolunun vacibliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb...

Muhammed Ali Sekkaf
“Şarkul Avsat” qəzeti, 18 yanvar 2022-ci il

Son zamanlar region ölkələri və böyük dövlətlər arasında münasibətlərdə qırmızı xətlərin çəkilməsindən çox danışılır.

Misir prezidenti Əbdülfəttah əs-Sisi 3 iyulda Dəniz Bazasının açılışından əvvəl verdiyi açıqlamada Liviya böhranı və Türkiyənin böhrandakı varlığı kontekstində keçilə bilməyən qırmızı xətlərin olduğunu vurğulayıb. Səfir Cemal Bəyyuminin sözlərinə görə, bu sözlərin sehrli gücü var idi. Bundan sonra heç nə dəyişmədi, siyasi bir uzlaşma oldu.

Hazırda beynəlxalq xəbərlərin ön sıralarında Ukrayna böhranı yer alır. Bu, həm də Rusiya ilə ABŞ arasında, Rusiya ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasındakı münasibətlərin ən aktual mövzularından biridir. Çünki Rusiya Ukraynanın NATO-ya üzvlüyünü rədd edir və bunu keçilməz bir qırmızı xətt kimi görür. Bu, Rusiya ilə NATO arasında qızğın qarşıdurmaya və Ukraynaya görə üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər.

Həmçinin, Tayvana gəldikdə ABŞ Çinin Tayvanı işğal edəcəyindən qorxur. Burada sual yaranır: Qərb təsnifatına görə avtoritar rejimli ölkələrlə demokratik ölkələr arasında yeni soyuq müharibədən söhbət gedə bilərmi? Prezident Bayden dövlətlər arasında münaqişələrin diplomatiya yolu ilə həllinə əsaslanan xarici siyasət yürütməklə ABŞ-ı dünyaya qaytaracağına söz verirmi? Hazırda avtoritar rejimlərin oxunun ucundakı ölkələrin (Rusiya və Çin) qol güləşi diplomatiyasını qəbul etdiyini və qırmızı xətləri önə çəkdiyini görürük. Bu, 1960-cı və 70-ci illərin “soyuq müharibə”sindən fərqli olan, yeni bir “soyuq müharibə”nin başlanğıcıdırmı?

Sovet İttifaqının qanuni varisi Rusiya ilə Qərb arasında yeni “Soyuq Müharibə”nin kökləri, rusların fikrincə, Qərbin sosialist düşərgəsi dağılandan sonra yeni əməkdaşlıq qurulacağı ilə bağlı özünə verdiyi vədlərə xəyanət etməsinə gedib çıxır. Rusiyalı analitiklər deyirlər ki, Rusiya soyuq müharibəni uduzduqdan sonra bunun sona çatacağına inanaraq ciddi geostrateji səhvə yol verib. Əslində, sosialist düşərgəsi Qorbaçovun “Yenidənqurma” dövründə tərk edilmişdi. Bu, Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki qələbəsindən sonra əldə etdiyi nailiyyətlər qarşısında geosiyasi intiharı təmsil edirdi. Digər tərəfdən, bu analitiklər Sovet İttifaqının Şərqi Avropanı tərk etməsinin sosialist düşərgəsinin parçalanmasına, Almaniyanın birləşməsinə və Varşava Müqaviləsi Təşkilatının sona çatmasına səbəb olduğunu düşünürlər. Lakin Qərb düşərgəsi bu dövrlərdə (1999, 2004 və 2009-cu illər) tədricən Rusiyanın qərb sərhədinə (Ukrayna-Gürcüstan) çatdı.

2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstan ittifaqa üzv olmaq üçün müraciət edib. Lakin Fransa və Almaniyanın etirazı ilə onların tələbləri rədd edilib. Birləşmiş Ştatlar bu dövlətlərin və onların bəzi müttəfiqlərinin, məsələn, Polşanın iştirakını qətiyyətlə dəstəkləyib. Bu sammit çərçivəsində RusiyaNATO arasında görüş baş tutub. Vladimir Putin ABŞ-ın “raket əleyhinə qalxan” yaradılması layihəsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

24 mart-10 iyun 1999-cu il tarixlərində Serbiyaya qarşı NATO kampaniyası yeni “Soyuq Müharibə” çərçivəsində mühüm dönüş nöqtəsi oldu. NATO öz tarixində ilk dəfə olaraq alyans üzvlərinə birbaşa hücum etmədən digər tərəfin ərazisinə qarşı güc tətbiq etdi. Bundan əlavə, Serbiyaya qarşı bu əməliyyatlar üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (UNSC) icazə alınmayıb. Bu, Kosovoda müsəlman xalqına qarşı həyata keçirilən soyqırıma qarşı əməliyyat kimi qiymətləndirilib və haqq qazandırılıb.

Lakin bu hadisə rusları sevindirmədi. Əksinə, Belqradla həmrəy olduqlarını bildirmək üçün küçələrə çıxan və əllərində “Bu gün Belqrad, sabah Moskva” yazılmış plakatlar tutan ictimaiyyətin narahatlığına səbəb olub. Rusiya bu hadisədən istifadə edərək nüvə dövləti olması ilə bağlı təbliğat apardı. Televiziyaya verdiyi müsahibədə Rusiyanın o zamankı prezidenti Boris Yeltsin üsyankar və hədələyici tonda prezident Klintonu “Rusiyanın inteqrasiya olunmuş nüvə silahına malik dünya dövləti olduğunu unutmaqda” ittiham etdi. Prezident Yeltsinin sözlərinə cavab general Uesli Klarkdan gəlmişdi. General Klark Rusiyanın Çeçenistan və Serbiyanın Kosovo siyasətindən danışaraq iki avtoritar rejim arasında müqayisə aparmışdı.

Rusiya siyasi rejimini avtoritar rejim kimi təsnif etmək üçün Qərbin yanaşması ənənəvi “Soyuq Müharibə” dövründə hökm sürən oxşar tendensiyanı əks etdirir. Qərb siyasi, hərbi və iqtisadi liderləri vasitəsilə iki rejim (avtoritar-demokratik) arasındakı fikir ayrılıqlarını təkrarlamağa davam edir. Bu, o deməkdir ki, Qərb dəyərlərindən fərqlənən belə bir rejimlə yaşamaq çox çətindir. Qərb Rusiya prezidenti Putinə baxanda imperialist meyli ilə daxildə və xaricdə möhkəmlənmək istəyən keçmiş rus agentindən (KQB) başqa bir şey görmür. Bu ritorika hələ də NATO səlahiyyətliləri tərəfindən və bəzi insan hüquqları təşkilatlarının liderləri tərəfindən təkrar edilir.

Ukrayna böhranı NATONATO-nun rolunun vacibliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb. Fransa prezidenti Emmanuel Makron bir müddət əvvəl 2019-cu ilin noyabrında alyans üzvləri arasında yaranan fikir ayrılıqları nəticəsində əldə olunan məqamı tənqid edərək, NATO-nu “kliniki ölüm” vəziyyətində kimi qiymətləndirib. Hazırda Rusiya təkcə Ukraynanın üzvlüyündən yox, həm də NATO ilə müxtəlif sahələrdə sıx əlaqələri olan İsveç və Finlandiyanın üzvlüyündən imtina edir. İki ölkənin alyansda iştirakı ciddi hərbi və siyasi nəticələrə səbəb olacaq ki, bu da müzakirələri alovlandırır.

Rusiyanın bu böhranda qəbul etdiyi ikinci yanaşma var. Rusiya məcburi təhlükəsizlik öhdəlikləri üzrə danışıqlar uğursuz olarsa, Venesuela və Kubada öz qüvvələrini yerləşdirməkdən danışır. Həqiqətən də Rusiya ABŞ-ın Avropadakı hərbi mövcudluğunu öz təhlükəsizliyinə qarşı təhdid kimi görür. Bu yaxınlarda buna toxunan Putin: “Rusiya qüvvələri ABŞ sərhədi yaxınlığında yerləşdirilsəydi, Vaşinqton necə reaksiya verərdi?”, sualını verib.

“Demokratik yolla” seçilən “rus çarı” Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın birtərəfli qaydada idarə etdiyi beynəlxalq münasibətlərdə balansı bərpa edə biləcəkmi? Çin dominant oyunçu kimi üçüncü, Avropa İttifaqı isə Rusiya və Çinə qarşı balans oxunu qurmaq üçün ABŞ-ın yanında dördüncü tərəf olacaqmı?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar