Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus zəkası yeni Türkiyəni qəbul edə biləcəkmi?..

Rus mətbuatında Türkiyə əleyhinə yazılan şərhlərlə birlikdə, Lavrovun “Türkiyə bizim strateji ortağımız deyil. Azərbaycan-Ermənistan gərginliyinin həllində Türkiyə iştirak etməyəcək” ifadəsi məhz rus narahatlığının göstəricisidir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 oktyabr 2020-ci il

Osmanlı dövlətinin çöküşündə özünü “xəstə adam” adlandıran məhz rus çarizmi idi. Petrodan başlayaraq daha da güclənən Rusiya cənubdakı qonşusunu çəkilməli olan “çürük diş” kimi görürdü. Asiyada böyüyən Rusiya həm də Aralıq dənizində hökmran olmaq istəyirdi. Siyasi-dini baxımdan İstanbulu ələ keçirərək yeni bir Roma olmaq isə bu niyyətin ideoloji təzahüründən başqa bir şey deyildi.

Əlbəttə ki, bu genişləndirici siyasətlərə qarşı bir sıra rəqibləri də var idi. Əvvəlcə Fransa və sonra Almaniya bu paylaşım işində Rusiyanı tək qoymur, həm öz aralarında, həm də onunla əl-ələ yarışırdı. Bu gərginlik və mübarizələr ortalığı qarışdırırdı.

Bu vəziyyətdən ən çox istifadə edən isə İngiltərə idi. O, bu rəqabəti idarə edir və rəqiblərinin enerjisini itirməsinə səbəb olurdu. Bu şəkildə Osmanlı mülkünü bir tampon region kimi qoruyurdu. Osmanlı diplomatiyası da bu mənzərəni görür, rəqabət küləyini bir şəkildə idarə edirdi. Bunun başqa adı da “tarazlıq siyasəti”dir.

Qəbul etməliyik ki, əgər bölüşdürmək məsələsində “ağsaqqallar” razılığa gəlmiş olsaydılar, ən tezi 18-ci əsrin sonunda I Əbdülhəmid və ya III Səlim dövründə, ən geci isə 19-cu əsrin əvvəllərində, məsələn II. Mahmudun dövründə bu iş bitərdi. Bundan sonra nəyin gələ biləcəyini bilmirəm, ancaq mütləq ki, Osmanlı imperiyası tarixə basdırılardı.

Osmanlı dövlətinin ləğv edilməsi işini 20-ci əsrə qədər xronoloji ardıcıllıqla qoruyan İngiltərə idi. Bu dəfə pay verəcəyini vəd edərək o zamana qədər mane olduğu qüvvələri - Fransa və Rusiyanı yanına çəkərək bu işi gördü. Səbəb neftin qazandığı həyati əhəmiyyət idi. Yəni o, strateji olaraq düşündüyü və o vaxta qədər yaşatdığı Osmanlı İmperatorluğunu iqtisadi cəhətdən qiymətləndirdi və artıq məhv etmək istədi. Bunu da bacardı. Üstəlik, Fransa və İtaliyanı öz əlaltısı etməyi də bacardı

Rusiyada isə maraqlı bir hadisə baş vermişdi: tarixin ilk proletar-kəndli inqilabı qələbə çalmışdı. Rollar bir anda dəyişmişdi. Bu dəfə Sovet Türkiyənin İngiltərəyə qarşı bir “tampon” dövlət olmasını istəyirdi. Bunun üçün Milli Qüvvələr Hərəkatını dəstəklədilər. Bu ideoloji mənsubiyyət Yeni Rusiyanın konkret maraqlarına və eyni zamanda, anti-imperialist hisslərinin birliyinə dəstək oldu.

Müharibə İngiltərəni gözləniləndən daha çox yormuşdu. Daha artıq hərəkət edə bilmirdi. Üstəlik, ingilis ordusu Napoleonun atıldığı və Hitlerin sonradan təkrarladığı, nəticəsi bəlli olan bir macəraya girişəcək qədər ağılsız deyildi.

Qurtuluş müharibəsi dövründə baş verən və II Dünya Müharibəcində davam edən Rusiya-Türkiyə yaxınlaşmasını ideoloji motivlərlə şişirtməyin heç bir mənası yoxdur. Bu proses davam edərkən Rusiyanın Türkiyə və türklük anlayışını dəyişdiyi və daha ədalətli bir əsasın qurulması barədə heç bir əsaslı dəlil yoxdur. Stalinin Boğazlarda bir baza istəməsi və Qarsla Ərdahanı tələb etməsinin nə qədər doğru olduğunu bilmirəm, amma əgər fürsəti olsaydı bunu ən coşğun şəkildə edəcəyinə əminəm. Zənnimcə, ona rəhbərlik edən zehniyyətlə bir vaxtlar orduları Yeşilköyə qədər gəlmiş rus zehniyyət arasında çox da fərq yoxdur. Türkiyə də NATO-ya girərək bu riskin qarşısını aldı. Təbii ki, əvəzi də ağır oldu. Ancaq, görəsən əksinə olsaydı, bunun əvəzi nə olacaqdı?

Soyuq müharibədən sonra Türkiyə yenidən addım-addım ortaya çıxdı. NATO ilə münasibətlər dəyişdi və dəyişməyə davam edir. Rus siyasi zəkasının bu mənzərəyə verdiyi reaksiyadan başa düşülür ki, onlar bu prosesin davam etməsini istəyirlər. Rusiyanın bu bölgədə ən çox istədiyi şey Türkiyənin NATO ilə problem yaşamasıdır. 15 iyul tarixində olduğu kim NATO-nun əməliyyatlarında Türkiyəni dəstəkləməsi, təyyarənin vurulması, Ankara səfirini sui-qəsdə qurban vermək kimi işlər NATO-nun Türkiyə ilə əlaqələrini davam etdirmək istəməsinə işarə edir.

Rusiya, əsasən, Şərqi Avropa üzərindən NATO təzyiqi ilə qarşılaşır. Belarusiya və Estoniya bunun ortaya çıxdığı yerlərdir. Bu təzyiq Yunanıstan, Bolqarıstan və Rumıniya da daxil olmaqla, Egeyə və Qara dənizə qədər sızıb. Nəhayət, Azərbaycan-Ermənistan münaqişələri üzərindən Xəzərə də yayılıb. Beləliklə, Rusiya tənha qalır. Bu qədər təzyiqi Türkiyəsiz həll edə bilərmi? Təbii ki, xeyr. Lakin, bunu başa düşsə də, Türkiyənin regiondakı həzm edə bilirmi? Məncə, əsas sual budur.

Rus mətbuatında Türkiyə əleyhinə yazılan şərhlərlə birlikdə, Lavrovun “Türkiyə bizim strateji ortağımız deyil. Azərbaycan-Ermənistan gərginliyinin həllində Türkiyə iştirak etməyəcək”, ifadəsi də məhz rus narahatlığının göstəricisidir. Türkiyə isə Rusiyanın vəziyyətini yaxşı görür və Azərbaycan, Ukrayna, Gürcüstan üzərindən addımlarını atır. Rusiya əgər Türkiyəni kənarlaşdırsa, nə Qafqaz, nə də Ukrayna üzərində əvvəlki qədər təsiri ola bilər. Görək rus zəkası yeni Türkiyəni nə vaxt qəbul edəcək?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Rusiya Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar