Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus mütəxəssis: Türkiyə köhnə Sovet texnologiyası üçün Ukrayna ilə əməkdaşlıq edir

“Ukraynanın əlində satılmalı bir şeylər qaldığı müddətcə Türkiyə-Ukrayna ortaqlığı daha da inkişaf edəcək”...

“Aydınlık” qəzeti, Türkiyə, 4 fevral 2020-ci il

Türkiyə və Ukraynanın hərbi-texniki sahədəki əməkdaşlığı barədə şərh şərh verən rus mütəxəssis Avatkov Ankaranın Kiyevlə bu sahədəki əməkdaşlığını Ukraynanın əlində Sovet dövründən artıq qalmış texnoloji infrastrukturu əldə etmək ümidiylə genişləndirdiyini qeyd edib.

Ötən ilin yanvarında Ankara ilə Kiyev arasında hərbi-texniki əməkdaşlıq planını təyin edən bir protokol imzalanıb.

Rusiya Elmlər Akademiyasının Dünya Araşdırma və Beynəlxalq Münasibətlər İnstitutunun təcrübəli elmi işçisi və Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər ixtisası üzrə müəllim Dos. Vladimir Avatkov “Russia Today”-yə verdiyi açıqlamada qeyd edir ki, Ankara Ukraynanın əlində Sovet dövründən qalmış texnoloji infrastrukturu əldə etmək ümidi ilə Kiyevlə əməkdaşlığını genişləndirir.

Avatkov: “Ankara eynilə Çin kimi hazırda köhnə Sovet istehsalının qalıqlarını öz texnologiyaları ilə birlikdə almağa çalışır. Bu səbəblə, Ukraynanın əlində satılmalı bir şeylər qaldığı müddətcə Türkiyə-Ukrayna ortaqlığı daha da inkişaf davam edəcək. Türklər ticarəti yaxşı bilirlər və fürsətləri əldən vermirlər”.

“Qara dəniz məsələsində Ankara Moskvaya yönəlir”

Qara dənizdəki vəziyyəti də qiymətləndirən Avatkov bu bölgədə Ankaranın, Rusiya da daxil olmaqla Qara dəniz ölkələrinin təsir dairəsi kimi qalmalı olduğunu qeyd edib:

“Bununla yanaşı, Ankara həmişə digər bölgə oyunçularını cəlb etməklə Rusiyanın bölgədəki təsirini tarazlaşdırmaq üçün imkanlar axtarırdı. Türkiyə tərəfi düşünür ki, bu gün bu rolda Ukrayna olmalıdır. Bu arada, Qara dəniz hövzəsi məsələsində də Ankara Moskvaya doğru yönəlir”.

“Ərdoğandan Ukrayna istiqamətində addımlar gözlənilə bilər”

Ankara ilə Moskvanın Suriya və Liviya mövzusundakı əlaqələrinin çox mürəkkəb olduğunu xatırladan Avatkov deyir: “Bu baxımdan Ərdoğandan açıqlamalarını sərtləşdirməsini və Rusiyanın maraqları üçün çox əhəmiyyətli olan Ukrayna istiqamətində addımlar atacağını gözləmək olar. Ankara bu vəziyyətdən yalnız öz xeyrinə istifadə etmək istəyir”.

Ankaranın Krımın Rusiya ilə birləşməsini tanımaması barədə prezident Rəcəb Teyyub Ərdoğan bir açıqlama vermişdi. Buna münasibət bildirən Avatkov qeyd edib:

Moskva ilə yaxşı münasibətləri olmasına baxmayaraq, Ankara Krımın Rusiya ilə birləşməsini rədd edir. Bu mövzuda Türkiyə ilə Ukrayna arasında bir çox ortaq nöqtə var. Türkiyə əvvəla Krım tatarlarının özünü türk mədəniyyətinin bir parçası kimi görməyini dəstəkləyir”.

Müstəqil Dövlətlər Birliyi (MDB) İnstitutunda müdir müavini olan Vladimir Jarihin isə “Rossia Today”-yə verdiyi müsahibədə Türkiyənin Krım tatarlarına göstərdiyi əlaqədən Ukraynanın siyasi olaraq istifadə etmək istədiyini bildirib: “Türkiyə Krım tatar birliyindəki əlaqələri vasitəsilə Krımdakı vəziyyətə təsir etməyə çalışmır və bütün açıqlamalara baxmayaraq, praktikada çox təmkinli davranır”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar