Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruhun zəfəri” müsabiqəsinə yekun vuruldu

Müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub

May ayında Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına həsr olunmuş, Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Ruhun zəfəri" adlı plakat müsabiqəsinə yekun vurulub.

Bu gün Milli Paralimpiya Komitəsinin ofisində plakat müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Tədbiri giriş sözü ilə açan komitə prezidenti İlqar Rəhimov bildirib ki, may ayında Bakıda böyük bir idman yarışı keçiriləcək.

"Artıq iştirakçılar bəllidir. 36 ölkədən 400-ə yaxın idmançı bu yarışda iştirak edəcək. Biz paralimpiya komitəsi olaraq yarışa ciddi yazırlaşırıq. Biz yarışların hazırlıq işlərinə başlayanda düşündük ki, ənənəvi yanaşmayaq. Bu əlillərin yarışıdır. Biz çalışmışıq ki, bu yarış sadəcə idman arenasında tatamı üzərində məhdudlaşmasın. Yarışla bağlı bir neçə paralel işlər görülür. İdmançıların qalacaqları otellərdə, yarış arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil ediləcək. Bundan əlavə, bu yaxınlarda "Pait Ball" yarışı keçirildi. Burada Paralimpiya Komitəsi, yarışlarda bizə dəstək olan "Bir könüllü" təşkilatı, "ASAN Radio" və Qarabağ Qaziləri iştirak ediblər"

İ.Rəhmov qeyd edib ki, yarış öncəsi görülən tədbirlərdən biri də "Ruhun zəfəri" adlı plakat müsabiqəsidir. Onun sözlərinə görə, müsabiqəyə bir çox işlər təqdim olunub. Onlar arasında üç nəfər qalib olub. Digər üç nəfərə isə müsabiqədə iştirak etdiyinə görə həvəsləndirici mükafat verilir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Zaur Kantemirov öz çıxışında müsabiqənin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, "Ruhun zəfəri" adlı müsabiqə əlilliyi olan şəxslərin çətinliklərə qalib gəlməklərindən bəhs edir və onların qəhrəmanlıqlarını ifadə edir.

Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Birinci yerə Şahin Hüseynli layiq görülüb, ikinci yerin sahibi isə Ağadadaş Qasımov olub. Lalə Hüseynova isə üçüncü yeri qazanıb. 3-cü sinif şagirdi Tuqay İdrisli olmaqla üç nəfər həvəsləndirici mükafata layiq görülüblər.

Xatırladaq ki, 13-14 may tarixlərində Bakı şəhərində para cüdo idman növü üzrə beynəlxalq qran-pri yarışı keçiriləcək. Heydər Əliyev İdman Arenasında baş tutacaq yarışa 36 ölkədən 400-ə yaxın idmançı qatılacaq. Yarış "Tokio 2020" XVI Yay Paralimpiya oyunlarına lisenziya xalı qazandırır.(Milli.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar