Gəncədə itkin düşən şəxs axtarılır...
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.
E.Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.
pia.az