Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rüfəti intihar həddinə çatdırıblar, lüt soyundurub üzünə tüpürüblər” - Eldar Sabiroğlu

Eldar Sabiroğlu həbsdən azad olunmuş oğlu Rüfət Səfərovun həbsxanada gördüyü işgəncələrlə bağlı şok açıqlamalar verib

PİA.az BakuPost-a istinadən xəbər verir ki, onun sözlərinə görə artıq bu işgəncələri eşidəndən sonra çəkinəcək yeri qalmayıb.

E. Sabiroğlu deyib ki, şərlənərək 9 il həbs cəzasına məhkum edilən oğlu Rüfətin azadlığa buraxıldığı səbəbi ilə toxunduğu qeydlərin birmənalı qarşılanmayacağının fərqindəyəm: "Hər kəs ona qurulan torun haradan qaynaqlandığını bildiyi kimi, daşın üstümə haradan gəldiyini də mən bilirəm. Prezidentin razılığının alınması üçün hansı təqdimatların onun masası üzərinə qoyulduğundan, bu adamın hətta hiyləgərcəsinə tovlayıb başqalarını bu işə qoşmasından da azdan-çoxdan xəbərim var. O, belə məsələlərdə tələni məharətlə qurur. Əvvəlcə işə qoşduğu adamlar öz rəylərini rəhbərə bildirir, sonda isə "akademik” nöqtəni qoyur və məkrli məqsədini dövlət başçısının əli ilə reallaşdıra bilir”.

Oğlunun səhhəti ilə bağlı suala cavabında E. Sabiroğlu deyib: "Sabiq müstəntiq belə qurtarıbsa, şükür buna da!!! Səhhətindəki problemlərin öz-özünə, yoxsa nədənsə yarandığını tibbi müayinədən sonra dəqiq deyə bilərik. Vaxtı ilə canı-dildən müdafiə elədiyim hakimiyyətin nahaqdan həbs etdirməsi bir yana, Kürdəxanı təcridxanasında 25 illik resedivistin Rüfətin qaldığı kameraya köçürülərək onun psixoloji işgəncəyə məruz qoyulmasını, 9 saylıda altı ayın ərzində müxtəlif bəhanələrlə üç dəfə karsa salınmasını, öyrədilmiş məhkumun bıçaqla hücumunu (sonradan həmin məhkum mükafat olaraq əfvlə azad edildi) bir ata kimi unuda bilmərəm.

Rüfətin sonuncu 10 günlük kars həyatı isə miqyasına görə elə dəhşətli və ölümsaçan işgəncələr növü ilə yaddaqalan olmuşdur ki, xatırladıqca damarlarımda qanım donur. Penitensiar xidmətin Füzuli adında əməliyyatçısı və 9 saylı CÇM-nin sabiq rəis müavini Azər Bağırzadənin Rüfətə verdikləri işgəncələri, 7 saata yaxın çarmaxa çəkmələrini sözlə ifadə etmək çətindir.

Evdə-eşikdə məsləhət görürlər ki, danışmayım. Axı necə danışmayım ki, Rüfəti intihar həddinə çatdırıblar. İlk dəfədir dilə gətirirəm. Təhqirlərə, işgəncələrə dözə bilmirmiş. Kimlər Rüfətin qanına susayıb!? Bu sualın cavabı mənim üçün qaranlıq deyil…

Təsəvvür edin! Oğlumu lüt soyundurub üzünə, bədəninnə tüpürüblər, ən iyrənc hərəkətlər ediblər, əlini, ayağını dəmir çarpayıya bağlayıblar. Bu vəziyyətdə 1 sutka qalıb! Təbii ehtiyacının çarpayıda ödətdirib buna gülüblər! Ayaq yolunda sürüyüb iyrəncliyi seyr ediblər! Baxın, oxuyun Azərbaycan xalqı! Baxın, oxuyun Azərbaycan rəhbərliyi! Amma Rüfətim sınmayıb. Bu uşaq beton parçaymış, vallahi. Şükürlər olsun Allahıma ki, Rüfəti vəhşətin qarşısında sındırmadı. Nə isə…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar