Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Səfərovdan eksklüziv açıqlama: "Bu, artıq ata-oğul məsələsi deyil"

Rüfət Səfərov bu barədə daha geniş məlumat verəcəyini vurğulayıb

Xəbər verdiyimiz kimi, dünən sabiq müstəntiq Rüfət Səfərov atası Eldar Sabiroğlunun ondan imtina etməsi ilə bağlı məlumat vermişdi. R.Səfərov atasının ona bu barədə məktub yazdığını bildirmişdi.

Sabiq müstəntiqin atasının ona yazdığı məktubu ictimailəşdirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bu addımına görə onu dəstəkləyənlər çox olsa da, əksər insanlar tərəfindən qınandı, ittiham edildi.

AYNA-nın əməkdaşı R.Səfərovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

R.Səfərov bildirib ki, hadisə atasının “Azadlıq” radiosuna müsahibəsindən sonra baş verib: “Atamın “Azadlıq”a müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirlər məndə qıcıq doğurdu. Bu barədə “Facebook” səhifəmdə status yazdım. Atam bundan sonra qəzəbləndi və məndən imtina etdiyini bildirdi. Səbəb konkret olaraq odur ki, atam məndən fikirlərimi, fəaliyyətimi, çıxışlarımı dayandırmağımı istəyir. Mən dayanmadığıma görə qəzəblənərək belə məktub yazıb”.

Sabiq müstəntiq onu qınayanlara da mesaj göndərib: “Bəzi adamlar məni ittiham edirlər ki, ailə məsələsini ictimailəşdirmişəm. Həmin şəxslərə sual vermək istəyirəm: “Ömrünün 30 ilini bu hakimiyyətə xidmət etmiş şəxsin, yəni atasının fəaliyyətini təqdir etməyən oğulun belə bir məktubla cavablandırılması necə şəxsi məsələ sayıla bilər?” Yəni baş verənlər artıq ata-oğul məsələsi deyil, iki fərqli siyasi cinahın nümayəndəsinin məsələsidir”.

R.Səfərov yaxın günlərdə bu barədə daha geniş məlumat verəcəyini də vurğulayıb.

Xatırladaq ki, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda siyasi bəyənatla, tutduğu vəzifədən istefa verib. R.Səfərov 2016-ci ilin sentyabrında rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum olunub. Bu ilin mart ayında isə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.(ayna.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar