Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Aslanlının bankı problemli kreditlər bataqlığında - “Bank Avrasiya” iflasın eşiyində...

Bank Verdiyi kreditlərin böyük hissəsini yığa bilmir

Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən uzaqlaşdırılan Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya”nın hələ 2018-ci ilin yekunlarını əks etdirən hesabatı göstərirdi ki, bankın vəziyyəti getdikcə ağırlaşır. Bu ilin birinci rübünün nəticələri isə onu deməyə əsas verir ki, vəziyyət düzəlmək əvəzinə daha da pisləşir.

Belə ki, bankın xüsusilə də vaxtı keçmiş kreditlər sarıdan ciddi problemləri var. Təsəvvür edin ki, bankın vaxtı keçmiş kreditlərinin məbləği ümumi kredit portfelinin 22.6%-ni təşkil edib. Xatırladaq ki, ölkənin ümumilikdə bank sektoru üzrə bu göztərici 11-12 faiz civarındadır. Bu, o deməkdir ki, bankın vəziyyəti kifayət qədər təhlükəlidir və sözügedən göstəricisi orta statistik göstəricidən iki dəfə aşağıdır.

Bankın açıqladığı hesabata görə bu ilin birinci 6 ayında kredit portfeli 90 mln 519 min manat olub. Ancaq bu məbləğin 20 mln 536 min manatı vaxtı keçmiş kreditlərin payına düşüb.

“Bank Avrasiya”nın ən çox problem yaşadığı pozisiya sənaye sahəsinə verdiyi kreditlərlə bağlıdır. Belə ki, bankın sənaye sahələrinə böyük kredit ayırması onu ciddi problemlə üz-üzə qoyub – ən çox vaxtı keçmiş kreditlər də bu sahədədir. Bank sənaye sahəsində fəaliyyət göstərənlərə 15 mln 866 min manat kredit verib. Ancaq verilən kreditlərin 11 mln 195 min manatı, yəni 70 faizdən çoxunun vaxtı keçib.

Bankın kreditlərinin sahələr üzrə bölgüsünə gəldikdə isə onun ən çox krediti “şəxsi və ailəvi” fiziki şəxslərə verdiyi məlum olub. Bank adı çəkilən sahəyə 29 mln 854 min manat kredit verib.

Bank ikinci ən çox kredit ayırdığı sahə ticarət müəssisələridir. Bu sahəyə ayrılan kreditin məbləği 28 mln 845 min manat təşkil edib. Bu sahə də “axsayır”. Belə ki, bankın ticarətə ayırdığı kreditlərin 21,5%-i və ya 6 mln 219 min manatı hələ də “havadan asılı” vəziyyətdədir.

Bankın yalnız qeyri-istehsalat və xidmət sahələrinə ayrılan kreditlərində problem yoxdur. Lakin bu sahələrə də elə bir ciddi vəsait ayrılmayıb – cəmi 2 mln 085 min manat. Əvəzində tikintiyə ayrılan 2,2 milyon manatın yarım milyon manatı və ya 24 faizi problemlidir.

Onu da qeyd edək ki, Bankın cəmi 3 filialı var, ikisi Bakıda biri isə Sumqayıtdadır. Göründüyü kimi, bank BakıAbşerondən kənara çıxmır – kreditlərin 83 mln 011 min manatı BakıAbşeronun, 6 mln 304 min manatı isə Sumqayıtın payına düşür.

Ümumiyyətlə, R.Aslanlı vəzifədən getdikdən sonra bankın yavaş-yavaş “dizini yerə qoyduğu” müşahidə olunur. Və geriləmə təkcə kredit portfeli deyil, digər göstəricilər üzrə də nəzərə çarpmaqdadır.

Qeyd edək ki, rəsmi olaraq, “Bank Avrasiya”nın İdarə Heyətinin sədri Rüfət Aslanlının kiçik qardaşı Fuad Aslanlı olsa da, əsas “patronun” sabiq palata sədri olduğu çoxlarında şübhə doğurmur.(azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar