Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Röyadan Natavana cavab: “Kaş ki, xoşbəxt olardın, bədbəxtsən”

“Heç vaxt heç bir qadın haqda danışmıram. Fikirləşməmişəm ki, hansısa qadını kimdənsə ayırım. Bunlardan uzağam. Dəli kimi söz deyə bilərəm, o qız ağlayar. Biriylə davam olarsa, orada da bitər. Ona görə də yaxşı qız kimi yaddaşda qalıram”...

Bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan “Sözüm var” proqramında deyib.

O, aparıcı Aydan Axundovanın “Son zamanlar müğənnilər sizinlə bağlı keçmişdəki hadisələri gündəmə gətirirlər” sualına isə müğənni belə cavab verib:

“Bugünkü həyatları yoxdur, ona görə... Bu yaxınlarda bir hadisə oldu. O qızın müsahibəsinə baxdım. Dedim ki, Allah səni xoşbəxt etsin, kaş ki, edərdi. Qadın xoşbəxt olmalıdır ki, aqressivləşməsin. İşi, uğuru, qazancı olmalıdır. Bəlkə də, daha böyük uğur arzu edirdilər, amma çata bilmədilər. Elə ağılsız sözlər danışırlar ki... Deyə bilərsən ki, sizə qarşı vəfasızam. Səni yoxlamamışam, gəlib-getməmişəm küsmüsən. Bu, sənin bədbəxtliyindir. Mən də ona xoşbəxtlik arzu edirəm”.

Qeyd edək ki, sonuncu dəfə müğənni Natavan Həbibi “Söhbətsiz” proqramında R.Ayxan haqda bu sözləri işlətmişdi:

“Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. “W Trio” ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki... İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq.

Onlara görə söhbət ciddi deyildi. Ancaq mənim şəxsi həyatımı alt-üst etdilər. Bunlar deyiblər, hamı elə bilir ki, özündən razıyam. Amma nə var, nə yox? Kim neyləyib? Nəyə görə belə cavab vermişəm, nələr olub? Bunu bilən yoxdu. Görürəm ki, yavaş-yavaş danışmaq lazımdı. Çünki çox oldular. Hərəsi böyük-böyük danışır. Bilirəm ki, kim nəyə layiqdir, nəyə qadirdir, qabında nə var. Kim peşəkardır, kim təsadüfən bu səhnəyə düşüb? Əgər biz peşəkarlığa görə mükafat alırıqsa, gəlin peşəkarlıqdan söhbət edək. Ötəri “Yaxşı mahnıları var” deməyək, danışmırıqsa, biz də təbrik etdik, sevindik...”.(axşam.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Röya Ayxan


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanın daha bir səfirinin Londonda şirkəti aşkarlandı – Sənəd

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

İranda üstünlük kimdədir? - Orduda, yoxsa İnqilab Keşikçilərində?..

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

loading...

Ən çox oxunanalar