Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Rzayev qəsdən yandırıldığı ehtimal olunan yataqxanada məskunlaşmış köçkünlərlə görüşüb

Martın 6-da Nərimanov rayonunda yanğın baş vermiş yataqxanada məskunlaşan məcburi köçkünlərin bir qrupu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb

50-ə qədər məcburi köçkün Dövlət Komitəsinin sədri Rövşən Rzayev ötən gün jurnalistlərə açıqlamasında Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxananın qəsdən yandırılması barədə açıqlamasını narazılıqla qarşıladıqlarını bildiriblər.

Məcburi köçkünlərdən Orxan Həsənov deyib ki, həmin 5 mərtəbəli yataqxanada bir mərtəbədə məcburi köçkünlərin məskunlaşdığı 80 otaq olub. Hər otağa da elektrik xətləri çəkilib. Martın 6-da yataqxananın 3-cü mərtəbəsində bu xətlər yaranmış gərginliyə dözmədiyi üçün əriyib, nəticədə yanğın baş verib, 2 nəfər həyatını itirib. Ümumilikdə isə yataqxanada 140-dan çox məcburi köçkün ailəsi yaşayır.

R. Rzayev məcburi köçkünlərin 3 nümayəndəsini qəbul edib.

Görüşdən sonra Ağdamdan məcburi köçkün, tarix müəllimi Arzu Həsənova ONA-ya açıqlamasında deyib ki, R. Rzayev görüşdə yataqxanada yaşamış bütün ailələrin may ayında Qobuda istifadəyə veriləcək növbəti yaşayış massivində mənzillərlə təmin olunacağını bildirib. Eyni zamanda Komitə sədri həmin məcburi köçkün ailələrində işsiz insanların işlə təmin olunmasına köməklik edəcəyinə söz verib. A. Həsənova qeyd edib ki, R. Rzayev görüşdə yataqxanadakı yanğınla bağlı istintaq aparıldığını, bunun sakinlərə heç bir aidiyyəti olmadığını, istintaqın yekununda günahkar şəxslərin cəzasını alacağını nəzərə çatdırıb.

Qeyd edək ki, bu il martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın zamanı Laçın rayonundan məcburi köçkün 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüb. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar