Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Rzayev qalmaqallı məmura niyə yüksək vəzifə verdi? - Rüşvət İttihamı

Rövşən Rzayevin keçmiş korrupsioneri yüksək vəzifəyə təyin etməsi birmənalı qarşılanmayıb

Ötən ay Məcburi Köçkünlərin Sosial İnkişaf Fondununun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi vəzifəsinə təyin edilən Hacıqulu Sadıqovla bağlı məlumat var.

AzEuroNews.com-a verilən məlumatda bildirilir ki, Hacıqulu Sadıqov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin göstərişi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yüksək vəzifəy təyinat alıb. 2017-ci ildə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən korrupsiyaya əməllərinə görə qovulan Hacıqulu Sadıqovun yenidən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yüksək vəzifəyə təyinat alması heç də yaxşı qarşılanmayıb.

Qeyd edək ki, Hacıqulu Sadıqov haqqında ölkə mətbuatında heç də məmura yaraşmayan məlumatlar yayılıb. Hacıqulu Sadıqovun adı mətbuatın gündəminə 2 il öncə Enetgetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəifəsində işləyərkən düşüb. Həmin vaxt Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova adlı xanı “Qafqazinfo” saytına müraciət edərək Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia etmişdi.

Həmin məlumatla tanış olun: Nazirliyin idarə rəisi haqda ciddi iddia - “Mənə əxlaqsızlıq təklif edib”

Məlumatda qeyd edilir ki, Hacıqulu Sadıqovun təyinatından Qaçqıkom rəhbərinin ətrafı narazı olsa da onlar Rövşən Rzayevə qarşı çıxa bilməyiblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin Hacıqulu Sadıqov kimi korrupsioner bir məmuru vəzifəyə təyin etməsinə gəlincə mənbəmiz idda edir ki, Rövşən Rzayevlə onun arasında vasitəçilik edən başqa bir məmur var. Həmin məmurun vasitəçiliyi ilə Qaçqınkom sədri Rövşən Rzayevlə görüşən Hacıqulu Sadıqov paytaxtdakı tanınmış restoranların birində görüşüblər.

Məlumata görə görüşdə Hacıqulu Sadıqov digər dördüncü iştirakçı Mahir Abbaszadənin vasitəsi ilə Rövşən Rzayevə "xoş gəldiniz" adı ilə ağır bir paket hədiyyə edib. Məhz görüşün dönüş nöqtəsini Hacıqulu Sadıqovun ağır paketi həll edib. Mənbə restorandakı görüşdən bir neçə gün sonra Hacıqulu Sadıqovun Mahir Abbaszadənin rəhbərlik etdiyi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda idarə rəisi təyinat edildiyini qeyd edir.

Qarşı tərəfin mövqeyini dətc etməyə hazırıq.

Mənbə: AzEuroNews.com

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar