Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Məmmədov şöbə müdirini vəzifəsindən azad etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad edib.

Onun yerinə Elmar Əliyev təyin olunub.

Onu da nəzərə çatdıraq ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu bir müddət əvvəl bu vəzifəyə Rövşən Məmmədov özü təyin etmişdi.

Teleşirkətin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, N. Kərimov AzTV-yə gələn zaman onunla 6 aylıq müqavilə bağlanıb: “Bu müddət ərzində o maliyyə məsələlərində AzTV-yə kömək etməli idi. Müddət başa çatıb və öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Bu müddət ərzində Natiq müellim maliyyə məsələsində şəffaf sistemin təmin olunmasında bizə yaxından kömək etdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar