Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Məmmədov Hikmət Hacıyevlə atışdı: AzTV-də yoxlama başladı

Bir müddətdir AzTV-də başlayan audit yoxlamasının ilginc səbəbi var.

Etibarlı mənbələrdən Bakupost.az -a daxil olan məlumata görə, buna səbəb Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov arasında baş verən insidentdir.
Belə ki, H.Hacıyev bir müddət öncə o qədər də geniş olmayan dairədə AzTV ilə bağlı müəyyən iradlarını bildirib və təkliflərini səsləndirib. Əvəzində isə gözlənilmədən Rövşən Məmmədovun yaş və subardinasiyaya qətiyyən uyğun olmayan reaksiyası və kobudluğu ilə üzləşib.

R.Məmmədovun qüsurlarla bağlı iradlara adekvat olmayan və aşağılayıcı tonda verilən cavabından sonra isə Hikmət Hacıyev qurumdakı narazılığın yalnız verilişlərin səviyyəsi, ictimai nüfuzunun aşağı düşməsi ilə deyil, həm də maliyyə məsələləri ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, QSC-də hansı işlərlə məşğul olduğunuz bəllidir və bu, aidiyyəti qurumları ciddi şəkildə narahat edir.
R.Məmmədovun bu irada da təkəbbürlü cavabı isə son damla olub. AzTV-də baş verənləri audit yoxlamaların üzə çıxaracağını bildirən Hikmət Hacıyev söhbəti yekunlaşdırıb.

Bu insidentin səhərisi günü isə AzTV-də audit yoxlamaları başlayıb.

Qeyd edək ki, artıq 3 həftədir AzTV-də audit yoxlamaları davam edir. İddia edilir ki, audit yoxlamalarının gedişatı heç də dövlət kanalının gənc sədri üçün arzulanan deyil.

AzTV-dən verilən açıqlamada isə audit yoxlamalarının davam etdiyi, yoxlamalar başa çatandan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar