Çərşənbə, 01 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rövşən Əkbərovun vəkili: "Nazim İbrahimov barəsində cinayət işi başlanılmalıdır"

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.

O, R.Əkbərovun barəsində bəraət hökmünün çıxırılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxs qarşı qaldırılan mülki iddianın təmin edilməməsini tələb edib: "Rövşən Əkbərovun bu cinayətə adiyyatı yoxdur. Törətmədiyini cinayət əməlinə görə burda mühakimə olunur. Hadisə 20 il qabaq törədilib”.

Vəkil deyib ki, iş üzrə şahidlərin barəsində cinayət işi başlanmalıdır: "Şahidlərdən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib. O, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Guya ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib? Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o, Rövşən Əkbərov barəsində yalan ifadə verib.

Digər şahid fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev də 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində söyləməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deməyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib".

Daha sonra R.Əkbərovun digər vəkili isə çıxışa hazır olmadığını bildirib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Məhkəmə iclası bitəndən sonra məhrhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunun Rövşən Əkbərovun öldürdüyünü bildirib: “Ona silah verin oğlumu necə öldürübsə, məni də öldürsün”.

R.Əkbərov isə E.Əliyevi öldürmədiyini söyləyib.

Xatırladaq ki, ötən məhkəmə iclasında prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - zərərçəkən

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

Helikopterin qəzaya uğradığı ərazinin görüntüləri - Fotoreportaj

Ən çox oxunanalar