Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

General, Milli Qəhrəman Rövşən Əkbərovun həbs səbəbi kimi göstərilən qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Ukraynadakı mənbələrdən əldə edilən məlumata görə, R.Əkbərov hadisəni törətdikdən sonra vəzifəli şəxslərin köməyi ilə Kiyevdən Bakıya qaçırılıb.

İddia edilir ki, bu işdə həmin vaxt Ukraynada səfir olan Nazim İbrahimovun ən yaxın adamı, Ukraynada müvəqqəti işlər vəkili Rövşən Qarabağlının müstəsna xidmətləri olub. Həmin vaxt səfiri əvəz edən Rövşən Qarabağlı adaşının Kiyevdən qaçırılmasına şəxsən rəhbərlik edib. O, Rövşən Əkbərovu səfirliyin avtomobili ilə hava limanına aparıb və diplomatik keçiddən təyyarəyə mindirib.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də dindirilib. Onlar Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər.

Amma sözügedən şəxslər buna qədər istintaqa verdikləri ifadələrdə qətlin kim tərəfindən törədildiyindən xəbərsiz olduqlarını demişdilər.(Bakupost.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

8 günə 50 min almanı öldürən müttəfiqlər – II dünya müharibəsinin daha bir qanlı səhifəsi

“Bilirəm kimlər fəxri adları pulla alıb...” – Əli Mirəliyev

Ən çox oxunanalar