Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev Ukrayna Milli Şurasının üzvü oldu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib

Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, Prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

Məsələn, Şuraya “Sumitomo Согр” şirkətlər qrupunun baş direktoru Kuniharu Nakamura və “Marubeni Corporation” Direktorlar Şurasının sədri Fumiya Kokubu (hər ikisi Yaponiya), “Posco Daewoo Corporation”ın baş direktoru Kim Yanq-Sanq (Koreya), “DP World” şirkətlər qrupunun baş direktoru Sultan Əhməd bin Sulayem (BƏƏ), “Turkcell İletişim Hizmetleri A.Ş.”-nin İdarə Heyətinin sədri Əhməd Akça (Türkiyə) və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxil olublar.

Ukrayna Milli İnvestisiya Şurası ölkəyə investisiyaların cəlb edilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün dövlət siyasətini həyata keçirir. Şura 2016-cı ildə yaradılıb və hazırda Prezident Administrasiyasının nəzdində məsləhətçi orqan kimi fəaliyyət göstərir.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar