Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rosqvardiya”da təlatüm: Putin 9 generalın “başını birdən kəsdi”

Prezident Vladimir Putin fərmanı ilə Rusiya Qvardiyasının bir sıra yüksək rütbəli zabitlərini işdən çıxarilıb.

PİA.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti öz mənbəyinə istinadən məlumat yayıbdır.

Onlar arasında “Rosgvardiya” rəhbərinin müavini – Milli Qvardiya qüvvələrinin baş komandanı general-leytenant Yuri Babkin, hüquq şöbəsinin müdiri general-mayor Aleksandr Şkolnikov və Rosgvardiya Şimali Osetiya xidmət şöbəsinin müdiri polkovnik Elbrus Ramonov vardır.

Bundan əlavə, eyni fərmanla general-leytenant Babkin hərbi xidmətdən azad edilib. Həmçinin Rusiya Qvardiyasının əsas rabitə şöbəsinə rəhbərlik etmiş, kadrlarla iş üzrə baş idarənin keçmiş rəisi, general-leytenant Nikolay Ryabçikov, maliyyə və iqtisadi şöbənin keçmiş rəhbəri general-leytenant Aleksey Belyakovla bağlı oxşar qərarlar qəbul olunub. Bundan əvvəl isə general-leytenant Vyaçeslav Savkin, Milli Qvardiya Qoşunlarının Perm Hərbi İnstitutunun keçmiş rəisi general-mayor Vladimir Kupavski həmin qoşunlardan uzaqlaşdırılmış, barəsində İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi rüşvət almaq, vəzifəsindən sui-istifadəyə görə cinayət işi açmışdı
Qəzetin yazdığına görə, işdən çıxarılan bütün generallar “Rosgvardia”nın keçmiş direktor müavini- dələduzluğa görə 2020-ci ilin dekabrında həbs edilən general-leytenant Sergey Mileiko ətrafında aparılan istintaq əməliyyatlarında ortaya çıxan faktların güdazına gedibdir.

Putinin “nervlənməyinin” səbəbi məlumdur. Rusiya Müdafiə Nazirliyindən sonra, şəxsi heyətinin və səlahiyyətlərinin çoxluğuna görə 2-ci yerdə gedən bu qurum Rusiyada ən çox korrupsiyalaşmış qurumlardan biridir. Ötən il bu vaxtlar indi həbsdə olan Aleksandr Navalnının hazırladığı və özünün internet kanalı ilə göstərilən sənədli filmdəki təkzibolunmaz faktlar sebut edirdi ki, “Rosqvardiya”nın rəhbəri, ordu generalı Viktor Vasilyeviç Zolotovun daşınar-daşınmaz əmlakının qiyməti, hardasa, 2-3 milyard dollar təşkil edir.

Lakin Putin bu dəfə də öz köhnə dostuna “gözün üsdə qaşın var” demədi. (Bakuexo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar