Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldunun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxıb - Video

Ötən mövsüm UEFA Çempionlar Liqasında 1/8 finalında “Yuventus”un heyətində “Portu”ya qarşı oyunda uduzaraq turnirdə iştirakanı dayandıran Kriştianu Ronaldunun matçdan sonra soyunub-geyinmə otağında qeydə alınmış görüntüləri yayımlanıb.

Videoda məyus vəziyyətdə olan portuqaliyalı ulduz futbolçunun öz göz yaşlarına hakim ola bilmədiyi aydın əks olunub.

Qeyd edək ki, oyunda “Yuventus” 3:2 hesablı qələbə qazansa da, səfər qolunun üstünlüyü ilə “Portu” adını növbəti mərhələyə yazdırmışdı.

Məlumat üçün əlavə edək ki, həmin qarşılaşmanın fasiləsində və oyundan sonra Kriştianu Ronaldunun paltardəyişmə otağında dediyi sözlər və etdiyi hərəkətlər artıq İtaliyada qalmayacağına işarə idi.

“Biz çox çalışmalıyıq. Belə olmaz. Oynadığımız oyun heç nədir, zibildir. Həqiqəti demək lazımdır. Bu Çempionlar Liqası turniridir və biz güclü şəxsiyyətə sahib olmalıyıq. Mən də daxil olmaqla biz belə oynamamalıyıq” - söyləyən Kriştianu Ronaldunu “sakitləş, rahat ol, sən öz hərəkətlərinlə hər kəsə nümunə olmalısan” - söyləyən Xuan Kuadrado sakitləşdirməyə çalışıb. 

Sonda baş məşqçi Andrea Pirlo da ulduz futbolçuya “yetər , bəsdir Kris!” deyərək məsələyə son qoymağı tələb edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar