Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rokfeller-Rotşild çəkişmələri üzərində qurulan siyasət: Ən yuxarıda nələr baş verir?...

Sakitcə gündəlik həyatını yaşayan insanlar gündəlik dünyanın ən yuxarı hissəsində nələr olduğunu və hansı sövdələşmələrin aparıldığını bilmirlər. Onları tanımadığımız üçün Liviyadan, Suriyadan, İrandan, sui-qəsdlərdən, terrordan və puldan danışırıq. Lakin əsas bilməli olduğumuz məsələ böyük oyunçular və onların məqsədləridir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 22 yanvar 2020-ci il

Bu günkü vəziyyətdə toqquşmalar zirvədədir. Ən yuxarıdakılar müharibə aparırlar. Bu vəziyyət də dünyanın müxtəlif yerlərindən böhran kimi üzə çıxır. Eynilə Şərqi Aralıq dənizində, Somalidə və Fransada olduğu kimi. Bəs arxasında nə var? Əsas sual budur.

53 Park Ln, Mayfair London W1K 1QA, İngiltərə ünvanı çox önəmlidir. Bu, Londondakı “Dorchester” hotelinə aiddir. Bura Rokfeller ailəsinin İngiltərədəki qərargahıdır. 2011-ci ildə burada çox özəl bir toplantı keçirilib. Devid Rokfeller Jr, Ceykob Rotşild, Henri Kissincer, Mixail Xodorkovski, Emmanuel Makron (yüksək səviyyəli siyasətçilər yetişdirən Fransa Milli İdarəçilik Məktəbinə başlamazdan əvvəl) və sonradan 2014-cü ildə Amerikanın ən önəmli silah şirkətlərindən olan “United Technologies”in rəhbəri seçilən Qreqori Hayes kimi çox önəmli şəxslər görüşüblər.

Bu toplantı önəmli idi, çünki 11 sentyabr hücumlarından cəmi bir neçə gün keçmişdi. Toplantının məqsədi dərhal elan edilməmişdi. Masada həm ölkələr, həm də ailələr var idi.

“Dorchester” hotelinin özəl bölümündəki toplantı uzun çəksə də, problemsiz şəkildə bitmişdi. Bu toplantı barədə heç vaxt tarix kitablarında yazmayacaqlar. Amma qərar orada verilirdi. Tərəflər və iştirakçılar razılığa gəlmişdilər. Hər kəs xoşbəxt idi. Lakin 1,5 il sonra iki ailə üz-üzə gəlib.

Rusiya Prezidenti Putin Rokfeller ailəsinin 6 yaşından bəri təhsil verdiyi və çox böyük bir layihə hesab etdiyi Mixail Xodorkovskini həbs etdirib. Əslində, bu sifarişi Ceykob Rotşild vermişdi.

Rokfeller ailəsinə gücün hər zaman özündə olduğunu göstərmək istəyən Ceykob Rotşildin bu əməliyyatı kiçik anlaşmazlıqlarla davam edib. Mixail Xodorkovski həbsdə olduğu müddətdə Rokfeller ailəsi bəzi anlarda Rotşildlə üz-üzə gəlib.

Rokfeller ailəsinin gələcək planlarına liderlik edən Mixail Xodorkovskinin həbsi, əslində böyük problem idi. Lakin bu, açıq şəkildə deyilmirdi və hər şeyə nəzarət edilirdi. Lakin hər iki ailə tədricən öz yoluna davam edib. Rokfeller istiqamətini dəyişdirib. Amerikanın Dərin dövləti olan Pentaqonla ortaq olub. Sonra isə maraqlı bir hadisə baş verib. Eynilə Mixail Xodorkovski kimi yetişdirilən, lakin Rotşild ailəsinin ən vacib siması olan Corc Soros Rokfeller ailəsinin tərəfinə keçib (buna hələ də inamayanlar var, bəzən mən də qərarsız qalıram). Bu, inanılmaz bir hadisə idi.

2013-cü ildəki bu vəziyyət Rotşild ailəsinin bir qərar verməsinə təkan verib. Çünki Rokfeller ailəsinin Mixail Xodorkovski üçün qurduğu planların bir bənzərini Rotşild ailəsi Corc Soros üçün qurmuşdu.

Həmin hadisədən bir neçə həftə sonra,Yakob Rotşild Putinə xəbər göndərib və Mixail Xodorkovskinin azadlığa buraxılmasını tələb edib. Belə də olub. Mixail Xodorkovski 10 illik həbs cəzasından sonra sərbəst buraxılıb. Lakin bu, Rokfeller üçün çox vacib deyildi. Çünki artıq 10 il keçmişdi.

Rokfeller ailəsi yeni planlar qurmuşdu. Əlbəttə ki, Mixail Xodorkovskini kənarda buraxmaq fikrində deyildilər və yenidən birlikdə işləməyə başlayıblar.

Xodorkovskinin azadlığa çıxdıqdan sonra getdiyi ilk ölkə Almaniya idi. Bu, Rokfellerin ABŞ-dakı gücündən və Vaşinqtonun Berlinə olan yaxınlığından xəbər verirdi. Mixail Xodorkovskinin bir müddət Almaniyada qaldığı ev və bu gün İsveçrədə yaşadığı villa Rokfeller ailəsinindir.

Londondakı “Dorchester” otelində əldə olunan sövdələşmə Mihail Xodorkovskinin həbsi ilə pozulub və müharibə başlayıb. Ölkələr və mərkəzi banklar üzərində əldə olunan razılaşma artıq qüvvədə deyildi.

Bu iki ailənin münaqişə vəziyyəti bu gün dünyadakı gərginliyin əsas mərkəzidir. Ərəb Baharının yaranması, İrandakı xaos və Amazon meşələrinin yanması da bu iki gücün toqquşmasının nəticəsidir. Mərkəzində isə iki ailə var. Çünki rəsmi sənədi olmasa da, Amazon meşələri Rokfeller ailəsinə aiddir. İndi iki ailənin yeni münaqişə nöqtəsi Aralıq dənizidir. Bunu Dərin Amerika ilə Dərin İngiltərə arasındakı münaqişə kimi düşünə bilərsiniz. Avstraliyada davamlı olaraq baş verən yanğınları da bu baxımdan təhlil etmək lazımdır.

Dərin Amerikanın mərkəzində Rokfeller, Dərin İngiltərənin mərkəzində isə Rotşild var. Hazırda gündəmində manşet olan Həftar da Rokfeller ailəsinin adamıdır. Yəni ABŞ üçün işləyir. Təbii ki, Rotşild ailəsi və Dərin İngiltərə Həftara qarşı çıxır. Əsas məsələ isə Aralıq dənizidir. Boris Conson Xarici İşlər Naziri olduğu zaman 2017-ci ildə Benqaziyə gedib və Həftarla görüşüb. Conson Həftara deyib: “İstəyirəm ki, Parisdə verdiyiniz vədlərə əməl edəsiniz. Başqa variantı qəbul etmirik”.

Conson Həftarın Fransada bu ailənin istəklərini qəbul etdiyinə, lakin onları yerinə yetirmədiyinə işarə edib. Əlbəttə ki, bu halda Həftar İngiltərəyə yaxın ola bilməyəcəkdi. Çünki o, Vaşinqtondan sifariş alırdı. Bu vəziyyətdə çox maraqlı bir hadisə baş verib. Rusiya Prezidenti Vladimir Putin və İngiltərə Baş naziri Boris Conson Liviya sülhü üçün aparılan zirvəni dəyərləndirmək üçün keçən bazar günü Berlində görüşüblər.

Rusiya Prezidenti Müşaviri Dimitri Peşkov: “Qısa və faydalı görüş idi. Ən azından bu görüş “Downing Street” tərəfindən verilən açıqlamadan daha fərqli idi” deyərək Boris Consonu yalançı çıxarıb. Görəsən, Rusiya mövqeyini dəyişirdi? Suriyada ABŞ-la etdiyi ortaqlıq hər kəsə məlum olan bir sirr idi. Liviya və başqa yerlərdə nə olacaqdı? Məncə, əsas sual budur. Çünki masadakı razılaşma yerini müharibəyə verib. Bunu başa düşən Türkiyə də meydandadır. Mərkəzində Türkiyənin olduğu regionda müharibə get-gedə böyüyür. Buna görə, “Berlində və ya başqa yerdə razılaşma ola bilməz” deyirəm. Kimin nə qədər qüvvəsi varsa, o qədər alacaq. Türkiyə də öz yolu ilə gedərək artıqlaması ilə qazanc əldə edəcək. Son təhlildə iki böyük qüvvə də Türkiyə tərəfə keçməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar