Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rodriqo Duterte: "Xarici gəmilər Filippin sularından keçmək üçün icazə almalıdır"

Filippin Prezidenti Rodriqo Duterte xəbərdarlıq edərək bildirib ki, bu ölkənin sularından icazəsiz keçən gəmilər bunun nəticəsini hiss edəcək

Bu barədə “Manila Bulletin” qəzeti Prezidentin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, R.Dutertenin xəbərdarlığı bu yaxınlarda Çinin beş hərbi gəmisinin Tavi-Tavi əyalətinə daxil olan Sibutu adası yaxınlığından ölkə hökumətinə bildirmədən keçməsindən sonra səslənib. Həmin vaxt gəmilərin avtomatik eyniləşdirmə sistemini söndürdüyü güman edilir.

Prezident bildirir ki, gələcəkdə baş verə biləcək anlaşılmazlıqdan yayınmaq üçün bu gündən başlayaraq Filippinin bütün ərazi sularından keçən gəmilər həmin addımı atmazdan əvvəl dövlət strukturlarını xəbərdar edərək müvafiq icazə almalıdır”, – deyə Prezidentin rəsmi nümayəndəsi Salvador Panelo bildirib.

S.Panelo təsdiq edib ki, xarici gəmilər icazəsiz şəkildə ölkənin sularından keçərsə, hakimiyyət orqanları Prezidentin əmrini yerinə yetirərək hərbi güc tətbiq edə bilər. Həmin gəmilər müvafiq qurumlar tərəfindən saxlanılaraq ölkə sularından çıxarılacaq.

Prezidentin nümayəndəsi əlavə edib ki, Çinin hərbi gəmilərinin ölkə sularından icazəsiz keçməsi dostluq addımı deyil və BMT-nin dəniz hüququ konvensiyasının pozulması deməkdir(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar