Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Sekuta: “Qarabağdakı vəziyyət xarici müdaxilələrlə nəticələnə bilər”

“Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlətin, Azərbaycanın suveren ərazilərinə soxularaq oranı işğal edib”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, təqaüddə olan səfir Riçard Hoqland Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən yayımlanan “Sülh çağırışlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi davam edir” adlı məqalədə bildirib.

Eyni zamanda, o xatırladıb ki, ABŞ-ın fundamental siyasəti bütün ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.

Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik son bir neçə ayda Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə birbaşa hücumları nəticəsində artıb. Xəzər Siyasət Mərkəzinin müşaviri Riçard Hoqland vurğulayıb ki, bu hərbi insidentlər təmas xəttində deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu istiqamətində baş verməsi ilə qeyri-adi olub. Regionda ilk qığılcım iyulun 12-də başlayıb, ikinci insident isə sentyabrın 21-də baş verib və nəticədə Azərbaycan ordusunun çavuşu ölüb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri olan Robert Sekuta mövcud vəziyyətin xarici qüvvələrin təhlükəli müdaxilələri ilə nəticələnə biləcəyini qeyd edib. R.Sekuta KİV-də İrandan Ermənistana mümkün hərbi texnika tədarükü ilə bağlı şübhəli xəbərlərin olduğunu da xatırladıb.

“Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı Avropada sülhə və təhlükəsizliyə xələl gətirir, ABŞ tərəflərin həll yolunda irəliləyişə nail olması üçün fəal rol oynamalıdır”, - məqalədə deyilir.


Məqalədə Ermənistanın məhz Tovuz istiqamətində Azərbaycana hücum etməkdə maraqlı olduğu qeyd olunur, çünki ona bitişik Gəncə “boşluğu” dəmir yolları və avtomobil yolları, eləcə də enerji təchizatı üzrə boru kəmərləri üçün həlledici əhəmiyyətə malikdir. “Azərbaycan mühüm tranzit mərkəzi olduğuna görə bu bölgəyə yönələn təhdidlər Azərbaycanın siyasi və iqtisadi sabitliyini pozur. Rusiyanın da bu tranzit dəhlizini pozmaqda öz maraqları var və iyul münaqişəsindən dərhal sonra Ermənistana yeddi hərbi texnika partiyası ixrac olunub. Bu təchizatlar Ermənistanın silah arsenalının müxtəlifliyini artıran ən müasir cihazları əhatə edirdi”, - yazıda vurğulanır.

Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ ordusunun istefada olan general-mayoru Maykl Repassın fikrincə, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Rusiya Ermənistana dəstək verməyi üstün tutaraq bir daha münaqişənin həllinə balanssız yanaşma nümayiş etdirib. “Rusiya Ermənistana qarşılıqsız əsasda böyük miqdarda silah tədarük etməklə, eləcə də Ermənistan silahlı qüvvələri ilə birgə təlimlər keçməklə qeyri-sabitliyi alovlandırıb”, - o deyib.

M.Repass Rusiyanın artıq Suriya, Krım, Şərqi Ukrayna, Liviyadakı münaqişələrdə fəal iştirak etdiyini xatırladıb: “Rusiya Azərbaycana və bəlkə də Türkiyəyə qarşı erməni qüvvələrini dəstəkləyərsə, konsultativ potensialını çox tükəndirəcək”.

M.Repassın fikrincə, Rusiya Dağlıq Qarabağı bölgədəki strateji “açar” kimi görür və Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə çox da uduzmasına yol verə bilməz. O diqqətə çatdırıb ki, Rusiya və Türkiyə artıq Suriyada və Liviyada döyüşürlər və Rusiyanın Ermənistanı, Türkiyənin də Azərbaycanı dəstəklədiyi Dağlıq Qarabağ elementinin əlavə edilməsi bu gərginliyi daha da artıra bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar