Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Robert Köçəryan və Seyran Ohanyan məhkəmə qarşısında

Ermənistan paytaxtında eks-prezident Robert Köçəryan və digərlərinin məhkəməsi başlayıb...

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş prezident və onunla birgə təqsirləndirilən şəxslər 1-2 mart 2008-ci il cinayətlərinə görə ittiham olunur. Ermənistanın keçmiş baş nazirinin müavini Armen Gevorkyan, sabiq müdafiə naziri Seyran Ohanyan və sabiq baş qərargah rəisi Yuri Xaçaturyan da məhkəmə qarşısına çıxarılıb. Proses İrəvanın Şenqavit rayon məhkəməsində keçirilir. İttiham olunan şəxslər hamısı məhkəmə zalına gətirilib.

R.Köçəryanın oğlu Levon Köçəryan jurnalistlərə açıqlamasında iddia edib ki, son aylar ərzində baş verənlər onun atasına qarşı irəli sürülən ittihamların siyasi və şəxsi xarakterlidir.

Xatırladaq ki, 2008-ci ilin mart hadisələri zamanı prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etirazların qarşısını alan ordunun xalqa atəş açması nəticəsində 10 nəfər ölmüşdü.

pia.az

Etiket:

loading...