Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Koçaryan: “Məni təqib etməklə Qarabağı verməyə çalışırlar” - Təhlil

Sərkis Artsruni

ru.1-in.am (Ermənistan), 25.06.2019

Bütün ehtimallara görə, Robert Koçaryan bu gün (dünən-tərc.) MTX-nin İstintaq Təcridxanasına qayıdar. Belə bir fikri ona görə ifadə etmirəm ki, məhkəmnin qərarından xəbərdaram, ya da, ikinci prezidentin iddia etdiyi kimi, hər şey qabaqcadan görünür. Biz Koçaryanın “5-ci kanal”a müsahibəsini eşidərkən bu qənaətimiz möhkəmlənmişdi.

İkinci prezident siyasəti yalnız həbsdə olduğu, ya da həbsə yaxın olduğu hallarda yada salır. Bu, Koçaryanın belə apolitik görünüşü üçün qanunauyğundur, özü də bu, bir neçə dəfə subut olunub. İkinci prezident bir ay azadlıqda olub, amma bu müddətdə hər hansı siyasi bildiriş təqdim etməyib, hər hansı ictimai bəyanatla çıxış etməyib və heç olmasa, müxalif güclərin oxunu yaratmaq haqda vədini də yerinə yetirməyib. Əslində, Koçaryan hətta dünənki efirdə də bu məsələdən “yan keçib”, amma onun hətta bir eyhamından da istisna etmək olmazdı ki, Koçaryan Artsaxın (Dağlıq Qarabağın-tərc.) növbəti prezidenti olmaq barədə düşünür.

Robert Koçaryan öz prezidentliyi illərində Mehrinin mübadiləsi haqda sualı belə də birbaşa cavablandırmayıb, Stepanakertdən (Xankəndindən-tərc.) İrəvana “iki köynəklə” gəldikləri halda onun ailəsi milyonları, milyardları necə yığdığı haqda ağıllı-başlı cavab səslənmədi. Ermənistanda birnömrəli vəzifə Koçaryanın “istedadı”nı necə açdı, halbuki onun prezidentliyi illərində, doğrudan da, istedadlı adamlar siyasi, sosial sıxıntılara dözməyib ölkəni məcburi tərk ediblər.

Koçaryan öz idarəçiliyinin bütün illəri ərzində Ermənistan sakinləri və artsaxlılar (Qarabağ erməniləri-tərc.) arasındakı maneəni ardıcıl şəkildə genişləndirib. O, müsahibədə növbəti il Artsaxın prezident seçkilərində öz halını Ermənistandan qorumalıdır deyərək bu siyasəti “parlaqcasına” davam etdirib. Hətta düşmən ölkənin siyasi xadimindən də belə “parlaq” fikir eşitməyin mümkün olduğunu təsəvvür etmək çətindir.

Yaxud İrəvana gəlmək sayəsində əyalət düşüncəsi ilə “adam olub ortaya çıxan” biri zülmətdə viran qalan İrəvanı “işıqlandırdığı” haqda efirdə qürrələnəndə Ermənistan sakinləri necə dözə bilirlər?

Koçaryan manipulyativ tezis irəli sürüb ki, onu təqib etməklə Artsaxı verməyə çalışırlar, unudur ki, hər dəfə seçkiləri saxtalaşdırmaqla və Artsaxda hər yerdə qarəti “hesabdan silmək”lə Artsaxı məhz o “verib”. Adam nə qədər həyasız olmalıdır ki, Mehrinin verilməsi haqda suala cavabda tam bir qələbəni öz ayağına yazsın, Yerablur (ermənicə “üç təpə”; separatizm savaşında ölənlərin İrəvanda basdırıldığı məzarlıq-tərc.) sirrini və minlərlə adamın qəhrəmanlıq və şəhidliyini ört-basdır eləsin, Ermənistanın və ermənilərin rolunu alçaltsın? Koçaryan deyib: “Mən Artsaxın başçısı olanda Artsax ərazisinin tam yarısı Azərbaycan silahlı gücləri tərəfindən işğal (???-tərc.) olunmuşdu, müharibə bitəndə təkcə bütün Qarabağ deyil, həm də 7 rayon azad (???-tərc.) edilmişdi. Mən ərazi vermirəm, mən torpaq qəsb edirəm. Biz 7 rayonu azad (???-tərc.) edib Qarabağa birləşdirmişik, təhlükəsizlik zolağı yaratmışıq və bu torpaqlar bu gün Qarabağın təhlükəsizliyinin önəmli tərkib hissəsidir. Hər bir adamın zəhmətini, hansı durumda qəbul etdiyi, hansı durumda təhvil verdiyi baxımından da dəyərləndirmək gərəkdir”.

Belə bir adam heç vaxt cəmiyyətin mərhəmətinə layiq ola bilməz. O, tövbə etmək əvəzinə özünü “maarifçi” sayır, dua əvəzinə qeybət edir, özünü təmizə çıxarmaq əvəzinə hücum edir.

Bəlkə də, “borc əvəzinə mülk”ün – Rusiya vassalının rüsvayçılıq aktının gözəl sövdələşmə olduğunu iddia etməkdən yana şəxsi telekanalda bir saat “ev söhbəti” aparmağına dəyməzdi. Bəlkə də, Koçaryan günlərin birində boynuna alar ki, “27 Oktyabr” da “görkəmli əməliyyatdır” (1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində spiker, baş nazir və başqalarını qətlə yetirməklə erməni terrorçularının törətdikləri terakt nəzərdə tutulur-tərc.), çünki bu olmasaydı, Koçaryanı indiyədək yemləyən “kimya” meydana çıxmazdı.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar