Müğənni Rihanna koronavirus epidemiyasının dünyada sürətlə yayılmasına biganə qalmayıb
Musavat.com xəbər verir ki, ifaçı maddi dəstək olmaqla koronavirusla mübarizəyə töhfə verib. O, koronavirusla mübarizə qurumlarının birinə 5 milyon dollar bağışlayıb.
Rihannanın verdiyi ianə yerli qida banklarına dəstək olmaq, həkimlər və tibb bacıları üçün tibbi avadanlıq almaq və Haiti, Malavi kimi yoxsul ölkələrdə testlər etmək üçün xərclənəcək.
pia.az