Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reytinq” qəzeti 3 min manat yardımdan imtina etdi

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları sərtləşdirib

Bu qərardan sonra həftəlik “Reytinq” qəzeti də fəaliyyətini dayandırıb. Mia.az-ın məlumatına görə, “Reytinq”in KİVDF ilə müqaviləsinə əsasən fevral-mart aylarında çap olunmaq imkanı olsa da, redaksiya iki ayın maliyyəsindən (üç min manat) imtina etmək qərarı verib.

Məsələ ilə bağlı açıqlama verən “Reytinq”in baş redaktoru Afiq Mirzəbəyli bunu tədiqləyib. Bildirib ki, hazırkı şərtlər çərçivəsində qəzetin fəaliyyətini davam etdirmək mənasızdır. O, “Reytinq”in onlayn fəaliyyətini gücləndirəcəklərini bildirib. Baş redaktor deyib ki, bəzi mütəxəssislərlə Reyting.az saytının yenidən qurulması və saytın onlayn medianın daha müasir tələblərinə cavab verməsi üçün danışıqlar aparır.

“Reytinq” qəzeti redaksiyasının məhdud sayda kollektivinə gəlincə, A. Mirzəbəyli bildirib ki, sayt çərçivəsində əvvəlki əməkdaşlarla işə davam edəcəklər. Amma müəyyən müddətdən sonra Reyting.az saytında rus və ingilis dillərində bölmələr yaradılacağı üçün kollektivə yeni şəxslər də cəlb olunacaq.

Baş redaktor sonda “Reytinq” qəzetinin sadiq oxucularından və artıq 20 ildən çoxdur ki, bu redaksiya ilə əməkdaşlığını dayandırmayan şəxslərdən üzrxahlıq edib.(mia.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar