Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Revanşizm Ermənistan üçün boş xəyaldır...” 

"Kommunikasiyaların açılması, Naxçıvanla Azərbaycan arasında dəmir yolunun və avtomobil yolunun bərpası artıq sözdə yox, sənəddə öz əksini tapdı. Bu iş başlasın artıq, komissiya yaradılsın, görüşsünlər. Prinsip etibarilə Qarabağ torpaqları azad olunandan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin getdikcə sürətlənməsi, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi qaçılmazdır. Bu proses davam edəcək və yanvarın 11-də onun yeni bir mərhələsi başladı".

PİA.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı Moskva görüşünün nəticələrini "Turan" agentliyinə şərh edərkən bildirib.

Deputat hesab edir ki, yekun bəyannamə ölkənin maraqlarına cavab verən bir sənəddir. S.Rüstəmxanlı N.Paşinyanın "münaqişə həll olunmayıb" sözlərinə fikir bildirərkən qeyd edib ki, Ermənistan indiki vəziyyətlə barışmalıdır.

Onun sözlərinə görə, 1988-ci ildə Ermənistan Azərbaycan rəhbərliyinin səhvlərindən istifadə edib bu oyunu başladı: "Azərbaycan rəhbərliyi əhalinin evindən ov tüfənglərini yığdı... İndi 30 il keçib. Azərbaycan əvvəlki Azərbaycan deyil. Ordu var, sərhədçilər var. Revanşizm Ermənistan üçün boş xəyaldır".

S.Rüstəmxanlının fikrincə, Ermənistan gələcəyi düşünürsə, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalı, sərhədlərin açılmasında maraqlı olmalıdır.

ABŞ-ın Ratqers Universitetinin professoru Qubad İbadoğlu isə "Azadlıq" radiosuna bildirib ki, yanvarın 11-də imzalanmış bəyanat keçən ilin noyabrın 10-da imzalanmış sənədin 9-cu bəndinin həyata keçirilməsi üçün bir tədbirlər planıdır: "Burada daha konkret fəaliyyətlər nəzərdə tutulub, reqlamentlər var."

Ekspert hesab edir ki, bu məsələdə Rusiyanın maraqları var: "Həm mövcud olan, həm yeni yaradılan infrastrukturun Rusiya nəzarətinə keçirilməsidir. Rusiyanın Azərbaycan, Ermənistan ərazisindən keçən nəqliyyat infrastruktur layihələrinin üzərində hökmran mövqeyinin təminatıdır. Bunun üçün Rusiya öz məqsədlərinə uyğun gələn addımları atır".

Q.İbadoğlunun fikrincə, regionda müharibə ehtimalı qalmaqdadır: "Çünki ortalıqda atəşkəs razılaşması var, sülh müqaviləsi yoxdur. Münaqişə tərəfləri mövcud razılaşmadan narazıdırlar. Amma nəzərə almaq lazımdır ki, münaqişənin nizamlanmasında vasitəçiliyi edən tərəf hal-hazırda müharibə əhval-ruhiyyəsində deyil. Düşünmürəm ki, yaxın zamanlarda o müharibəyə imkan versin".

Q.İbadoğluna görə, indi Ermənistan da müharibə aparmaq gücündə deyil. "Onun ordusu da, iqtisadiyyatı da çox zəif bir formadadır. Amma bir müddət ərzində Ermənistan müharibəyə hazırlaşaraq bu münaqişəni müharibəyə çevirə bilər".

Q.İbadoğlu bildirib ki, Rusiya artıq regionda öz mövqelərini möhkəmləndirib: "Rusiyanın orada olması artıq hər şey deməkdir. Rusiya qoşunları girdi içəri, deməli, Rusiya hakimiyyəti ordadır, hökuməti ordadır, güc strukturları ordadır".

Onun fikrincə, Rusiya tələsir: "Çünki ona lazımdır ki, gücünü həm də beynəlxalq miqyasda göstərsin. Göstərsin ki, həqiqətən o, Cənubi Qafqazda yeganədir, onun alternativi yoxdur, məsələləri o tənzimləyir..."

Q.İbadoğluna görə, Rusiya həm də ona görə tələsir ki, beynəlxalq qüvvələrin nisbətində müəyyən dəyişikliklər gedir: "Artıq ABŞ-da yeni prezident seçilib, Bayden hakimiyyətə gəlib və səkkiz gün sonra fəaliyyətə başlayacaq. O cümlədən koronavirus pandemiyası təsirindən qlobal iqtisadiyyat fövqəldövlətlərin güclərini bir az da tarazlaşdırır. Söhbət ABŞ-la Çindən gedir. Amerikanı zəiflədib, Çini isə gücləndirib. Rusiyanın da öz maraqları var. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi üzərində nəzarət imkanlarını gücləndirmək marağı belə strukturların yaradılması və onun tez bir zamanda icrasını vacib edib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar