Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rəsulzadə ilə bağlı daha bir qalmaqallı xəbər

Rəsulzadənin adı küçədən götürüldümü?

Sosial şəbəkələrdə Azərbaycan+Xalq+Cümhuriyyəti" rel="category tag" title="Azərbaycan Xalq Cümhuriyyəti" class="tag-a" style="color:#000; text-decoration:underline;">Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürüldüyü barədə məlumat yayılıb.

Məlumata görə, küçəyə uzun illər SSRİ Dövlət Plan Komitəsinə rəhbərlik etmiş bakılı Nikolay Baybakovunadı verilib.

Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov açıqlamasında yayılan məlumatlarla tanış olduqlarını, ancaq həqiqəti əks etdirmədiyini bildirib: "Sabunçu rayonu ərazisində perpendikulyar küçələr var. Həmin küçələrdən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. Rəsulzadənin adını daşıyan küçə hazırda da mövcuddur. Bizə də bir neçə vətəndaş küçədən Rəsulzadənin adının götürülməsi ilə bağlı müraciət edib. Məlumat üçün deyim ki, küçədən Rəsulzadənin adı götürülməyib”.

Qəsəbə nümayəndəsi Baybakovun adını daşıyan küçənin yeni olduğunu deyib: "Sabunçu rayonu ərazisindəki küçələrdən birinə bu yaxınlarda Nikolay Baybakovun adı verilib. Baybakovun adı verilən lövhəni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi gətirib küçəyə asıb. Hazırda həm Rəsulzadənin, həm də Baybakovun adını daşıyan küçələr mövcuddur”.(Modern.az)

Pia.az

 

 


Şərh yazın.

loading...