Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyev: "Qıcıqlananların başında özünə vurğun Makron dayanır"

Azərbaycan Milli Məclisinin sabiq sədri xaricdə yaşayan azərbaycanlıları vətən müharibəsi ərəfəsində birliyə çağırıb.

PİA.az-ın xəbərinə görə, R.Quliyev Fransa prezidenti Emmanuel Makronu tənqid edərək deyib ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları bəzi ölkə rəhbərlərini qıcıqlandırır: "Qıcıqlananların başında özünə vurğun Fransa prezidenti Makron dayanır. Prezident seçiləndən özünü bütün Avropanın lideri kimi aparır, baxmayaraq ki, faktiki Almaniya kansleri Merkelin tapşırıqlarını yerinə yetirir. Merkelin, daha doğrusu Almaniyanın Fransanın ağası olmağa haqqı var. 1870-ci illərdə Bismark Fransanı məğlub etdi. Bu Makron kimi xoruzlanan lider torpaqlarının böyük bir hissəsini Almaniyaya verməklə sülh müqaviləsi imzaladı. 1-ci dünya müharibəsində isə Amerika ordusu köməyə gəlməsi bir ay yubansa idi, Almaniya Fransanı işğal edəcəkdi. 2-ci dünya müharibəsində də Fransa qısa müddətdə məğlub olan yeganə ölkə oldu. İki cəbhədə vuruşan Polşa daha çox müqavimət göstərdi... İndi özünü ortaya atıb Azərbaycan və Türkiyənin əleyhinə böhtanlar yağdıran Makron özünü yenə Avropanın əsas siyasətçisi kimi göstərməyə çalışır. Bu yaxınlarda Livanda özünü ağa kimi aparan Makron verdiyi vədlərin heç birinin yerinə yetrilmədiyini unudub! Mən Makronun bizə aqressiv münasibətinin səbəblərini bilirəm. Birincisi, fürsət düşən kimi özünü lider kimi göstərmək ambisiyası və az da olsa erməni diasporası... Bununla əlaqədar tarixi nəzərdən keçirdim. 12-ci əsrdə Avropa xristianları müsəlmanlara qarşı səlib müharibəsi aparıblar. Məqsəd Fələstin və ətrafdakı regionları işğal etmək olub. Ancaq bu yürüşlərin heç biri onların qələbəsi ilə nəticələnməyib. Xüsusilə Səlcuqların lideri Səlahəddin bu qoşunları darmadağın edib, Yerusəlimi (QÜDS) onlardan təmizləyib. Kim təşkil edirdi bu səlib yürüşlərini? İnanmazsınız. O, dövrdə də Almaniyanın tabeliyində olan, ingilislərə müharibədə uduzan fransalı din xadimləri və karolları. Bu gün də bizə və türklərə qarşı səlib müharibəsinə çağırış edən Makron tarixə nəzər salsaydı, bu işin necə onun məğlubiyyəti ilə qurtaracağını bilərdi... Azərbaycanlılar harada, hansı ölkədə yaşamasından asılı olmayaraq dəmir kimi birləşməlidir. Ölkəni tərk etməyə məcbur olmalarına görə daxillərindəki kini boğmalıdırlar, çünki söhbət vətəndən və onun ərazilərindən gedir. Makron kimi adamlar bizim ölkəmizin məğlub olmasını, torpaqlarının geri qaytarılmasının qarşısını almaq istəyir. Bu insanları yalnız və yalnız Azərbaycan xalqının torpaqları uğrunda müharibədə həm daxildə, həmdə xaricdə monolit olduğunu, ölümdən qorxmadığını görmək saxlaya bilər. Xaricdə internet səhifələri olan blogerlər, yutuberlər və digər siyasi aktivist azərbaycanlılar hökuməti tənqidi müvəqqəti saxlayıb, Ermənistan ordusunun vəhşiliklərini və müharibənin Azərbaycan torpaqlarında getdiyini göstərməlidirlər. Bu, hər bir azərbaycanlının etməli olduğu vətəndaşlıq borcudur!"(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar