Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Pekin: "Amerika rüsumlarına qarşı cavab addımları atılacaq"

Pekin ABŞ-ın Çin mallarına rüsumları qaldırmaq qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir

Bu barədə ÇXR Kommersiya Nazirliyinin bəyanatında deyilir. Nazirlik, həmçinin Pekin ABŞ-ın 200 milyard dollar həcmində Çin ixracatına rüsumları 10 faizdən 25 faizə qaldırmaq qərarı ilə bağlı təəssüfünü ifadə edib, tərəflərin hazırda Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrinin gedişində fikir ayrılıqlarının nizamlanmasına ümid bəslədiyini vurğulayıb.

Ötən bazar günü ABŞ Prezidenti Donald Tramp mayın 10-dan bəzi Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qaldıracağını deyib və digər ticarət mövqelərinə qarşı önləyici sədd qoyacağını istisna etməyib.

Bu ərəfədə ABŞ lideri Pekinin ticarət üzrə danışıqlarda “sövdələşməni pozduğunu” bildirib.

ABŞ-la ticarət üzrə danışıqlarda Çin nümayəndə heyətinin rəhbəri Lü He Amerika liderinin elan etdiyi rüsumlarla problemin həllinin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, bu nə Birləşmiş Ştatlara, nə Çinə, nə də digər dövlətlərə sərf etmir. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar