Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakının Qərblə münasibətləri yenidən gərginləşir?


Partiya sədri: “Qərbin həlledici dərəcədə əsəbiliyindən danışmaq üçün əsaslar yoxdur”


5 elektron media orqanına girişin məhkəmə qərarı ilə bloklanmasına ABŞ, Britaniya kimi ölkələrdən, həmçinin Avropa Şurasından, digər bir neçə tanınmış beynəlxalq təşkilatdan reaksiyalar gəlməkdədir. Verilən qərarın media azadlığını pozduğu qeyd edilir və Azərbaycandan narazılıq ifadə olunur. Belə görünür ki, Azərbaycan-Qərb münasibətlərində sözügedən məsələ yeni bir soyuqluq yaratmaqdadır. 

Rusiyadan təzyiq xarakterli addımların atıldığı bir vaxtda Qərblə münasibətlərin korlanmasına gətirib çıxara bilən hərəkətlərə yol verilməsi suallar yaradır.

VİP sədri Əli Əliyev hesab edir ki, son dövrlər hakimiyyətin atdığı addımların çox ciddi səbəbləri var. İlk növbədə siyasi müxalifətin cəmiyyətlə təmas imkanlarını məhdudlaşdırırlar: “Referendumdan sonra Azərbaycan yeni siyasi mərhələyə qədəm qoyub. Baş verənləri 2013-cü il hadisələri ilə müqayisə etmək olar. Hakimiyyət köhnə komanda yükündən, eyni zamanda korrupsiya və ətalət ballastından azad olmağa çalışır. 2013-cü ildə bu komanda Kreml və müxalifətin bir hissəsi ilə planı öz xeyrinə dəyişə bildi. Bu dəfə dəyişiklik etmək istəyən tərəf boşluq buraxmaq istəmir. Digər səbəb dayanıqsız dönəmdə nəzarət edə bilmədiyi resursları qapamaqla siyasi müxalifəti zəiflədir. Qərbin narazılıq tonunda olan mövqeyi növbətçi hədə pozasından başqa bir şey deyil. Qərb bununla dəyərlərinə sahiblənir. Qərbin həlledici dərəcədə əsəbiliyindən danışmaq üçün əsaslar yoxdur. Azərbaycan uğrunda yeni savaş başlayıb. İxtisaslaşmış tərəflər, bu halda siyasi kəsim ayıq olmalıdır”.

havadis/timthumb.php?src=http://azinforum.az/wp-content/uploads/2015/11/eli7.jpg&w=332&h=250" alt="Image result for AMİP katibi Əli Orucov">


AMİP katibi Əli Orucov isə bildirdi ki, münasibətlərin gərginləşməsində Rusiya təsiri görünür: “5 mətbuat orqanına blok qoyulması da ölkədə alternativsizlik yaratmaq, bütün sahələrə total nəzarəti saxlamaqdan irəli gəlir. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir və hakimiyyətdə mərkəzdənqaçma meylləri artır, ölkədə neftin ucuzlaşması fonunda hərtərəfli böhran dərinləşir. Regionda və dünyada gedən sürətli proseslər, beynəlxalq və regional güclərin şiddətli qarşıdurmaları Azərbaycan iqtidarını narahat etməyə bilməz. Bundan sonra siyasi institutların tamam sıradan çıxarılması xətti götürüləcək və Qərblə münasibətlər daha da gərginləşəcək. Çünki görünən odur ki, Qərb də artıq anlayır ki, özünün enerji təhlükəsizliyini, iqtisadi, geopolitik maraqlarını davamlı və möhkəm siyasi sabitlik olmadan təmin etmək mümkün deyil”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar