Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Sadıqov: "Komandada artıq yorğunluq hiss olunur"

Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"ın qonağı olan "Qarabağ" ikinci hissədə buraxdığı qollarla cari mövsümdə ilk məğlubiyyətini alıb - 1:2...

Apasport.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan brifinqdə Ağdam klubunun kapitanı Rəşad Sadıqov görüşü dəyərləndirib.

-Cari mövsüm Premyer Liqada ilk məğlubiyyətinizi aldınız. Bununla bağlı nə deyə bilərsiniz?

- Bizə çətin olacağını matçdan əvvəl bilirdik. "Sumqayıt" son turlarda çox yaxşı oyun nümayiş etdirir. Bizim isə çoxsaylı milli üzvlərimiz var. Yalnız dünən tam kollektiv şəkildə məşq edə bilmişik. Ümumilikdə oyuna 7-8 nəfərlə hazırlaşırdıq. Bizdə bu problem həmişə yaranır. Millinin toplanışından sonrakı ilk görüşümüz hər zaman ağır alınıb. Amma bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. Onlar, xüsusən də, ikinci hissədə çox yaxşı çıxış etdilər. Bizim isə əksinə, fasilədən sonra oyunumuz alınmadı.

-İkinci dövrəni o qədər də yaxşı keçirmirsiniz, 5 oyunda cəmi 1 qələbəniz var. Bu eniş nədən qaynaqlanır?

- Çox sıx qrafikdə oynayırıq. Komandada artıq yorğunluq hiss olunur. Bu gün də ikinci hissədə oyun tempimiz aşağı düşdü. Halbuki ilk yarıda çox yaxşı idik. İyul ayından yığılan yorğunluq son matçlarda özünü hiss etdirir.

-Qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sevilya" ilə ağır oyununuz var. Bugünkü məğlubiyyət sizə mənfi təsir etməyəcək?

- Ümid edirəm ki, təsir etməz. Toparlanmaq lazımdır. Bizim üçün vacib oyun olduğunu başa düşürük.

-Komandadan həmin görüşdə nə gözləmək olar?

- Əlimizdən gələni edəcəyik. Başa düşürük ki, "Sevilya" ilə qarşılaşacağıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xalla qayıda bilək.

-Hakimə nəyisə izah etməyə çalışırdınız...

- Birinci hissədəki epizodla bağlı danışırdıq. Həmin anda Vüqar Mustafayevə ikinci sarı vərəqəni verməyi fikirləşdi. Mən elə başa düşdüm ki, yaxınlaşanda ikinci sarı vərəqə olduğunu hiss elədi, göstərmədi. "Orada qırmızı vərəqə göstərməyib, İsmayıl İbrahimliyə niyə göstərdin?" deyirdim.

-İsmayılın meydandan qovulmasına səbəb olan epizodu gördünüzmü?

- Xeyr, görmədim. Hakimlər əminliklə "qırmızı" deyirdilər. Amma baxmaq lazımdır.

-Buraxdığınız hər iki qolda sanki eyni ssenari yaşandı?

- Hər iki qolda hücuma çıxarkən top itirməyimiz həlledici oldu. "Sumqayıt"ın oyunu bunun üzərində quracağını bilirdik. Birinci hissədə buna imkan vermədik. Amma fasilədən sonra çox top itkilərimiz oldu, rəqib də istifadə etdi. Təbii ki, çox top itirsən, arxada boşluqlar yaranacaq. İlk qolu belə buraxdıq. İkinci top bir az fərqli alındı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar