Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Sadıqov: "Böyük üstünlük əldə etməmişik"

"Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. İkinci hissədə sürət artdı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər şey ikinci görüşdə həll olunacaq: "Hələ ilk 45 dəqiqəni oynamışıq. Bu cür matçlar 90 dəqiqəlik oyun kimidir. Rəqib ciddidir. Heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq".

Sadıqov 73-cü dəqiqədə zədələnən Nemanya Ancelkoviçin durumuna da toxunub: "Rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək".

Qeydə alınmayan qol barədə də danışan baş məşqçi bunları söyləyib: "Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq. Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacağam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar