Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Həsənov: “Bizdə vergi yükü niyə bu qədər çox olmalıdır?” - Müsahibə

İqtisadçı-ekspert: “Azərbaycanla Rusiyanın karbohidrogen ehtiyatlarının müqayisəsi ağlagəlməzdir”... 

“Həmin dövrdə daha çox İranın, Rusiyanın və yaxud başqa ölkələrin adları bu prosesdə hallandı. Amma dediyim kimi bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin borcu məhz bu istiqamətdə yaranan hadisələrin qarşısının alınması olmalıdır”.

“THE DAILY SIGNAL” nəşrinin müəllifi Antoni B.Kim belə bir iddia irəli sürür ki, Azərbaycan karbohidrogen ehtiyatları sayəsində Rusiyaya alternativ ölkəyə çevrilib. Bu isə öz növbəsində, Avropanın, həmçinin nəticə etibarı ilə ABŞ-ın enerji təhlükəsizliyinin təmininə öz müsbət təsirini göstərir.

Ölkəmizdə yaşanan bir çox neqativliklərin, şimaldan bizə yönələn siyasi-iqtisadi basqıların əsas səbəbi də yuxarıda irəli sürülən iddialarda gizlidir.

Həmçinin “İrs Fondu”nun 2020-ci ildə hazırladığı “İqtisadi azadlıqindeksi”nə görə, Azərbaycan dünyanın iqtisadi azadlıqların təmini istiqamətində ən çox iş görən 6 ölkəsindən biridir. O, biznes, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə, qlobal reytinqdə mövqeyini 16 pilləyaxşılaşdırıb. Bu gün Azərbaycan bu reytinqdə 45 Avropa ölkəsi arasında 24-cü yerdədir. Beləliklə, “İrs Fondu”nun reytinqinə ilk dəfə 1996-cı ildə daxil edilmiş Azərbaycan iqtisadiyyatı ən azad ölkələr siyahısına düşməyin bir addımlığındadır.

Azərbaycan iqtisadiyyatının vəziyyətini və Azərbaycanın Rusiyaya alternativ ölkə kimi göstəriıməsi ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müsahibə edib.

Rəşad Həsənov: “Azərbaycanın potensial imkanlarda Rusiyanı əvəzləməsi müqayisə olunmazdır”.

PİA.az iqtisadçı-ekspert Rəşad Həsənovla olan müsahibəni oxucularının diqqətinə çatdırır.

- Rəşad bəy, Antoni B.Kim iddiası barədə nə deyə bilərsiniz? Azərbaycanın Rusiyaya alternativ ölkəyə çevrilməsi iddiası nə qədər doğru ola bilər?

- Azərbaycanla Rusiyanın karbohidrogen ehtiyatlarının müqayisəsi ağlagəlməzdir. Yəni iki ölkənin karbohidrogen ehtiyatlarında kifayət qədər fərqlər var. Rusiyanın dünya bazarlarına gündəlik təxminən 11 milyon barrel neft çıxarmaq imkanı var. Məlumdur ki, OPEK+razılaşması çərçivəsində neft hasilatı 5 milyon barrel həcmində azaldılıb. Amma Azərbaycanın bu istiqamətdə potensial 700-750 min barreldir. Yəni Rusiya ilə müqayisədə təxminən 13-14 dəfə azdır.

Sadəcə düşünürəm ki, müvafiq yanaşmanın ortaya qoyulmasında əsas məsələ məhz hansı bazarlara xidmətin göstərilməsi məsələdir. Çünki həm Azərbaycan, həm də Rusiya daha çox Avropa bazarlarına öz karbohidrogen resurslarını, neft və qazını satır. Azərbaycan Bakı-Tbilisi-Qars neft kəməri, eyni zamanda Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, həmçinin TANAP və TAP layihələri vasitəsilə öz qazını müstəqil şəkildə Rusiyadan asılı olmadan Avropa bazarlarına çıxaracaq. Azərbaycan nefti artıq uzun müddətdir, yəni 2006-cı ildən etibarən heç bir asılılıq olmadan Avropa ölkələrinə çıxarıla bilir.

Rəşad Həsənov: “Azərbaycanın və digər alternativ mənbələrdən qazın Avropa bazarlarına çatdırılması Rusiyanın maraqlarına müəyyən qədər zərbə vurur”.

Bu baxımdan xüsusilə Cənub-Şərqi, eyni zamanda Cənubi Avropa ölkələrində Azərbaycan qazının növbəti il, yəni 2021-ci ildən sonra əlçatanlığı mümkün olacaq. Azərbaycan qazı bu ölkələrə çatdırıla biləcək. Bu həcm o qədər də böyük deyil. İlk olaraq TAP layihəsi 10 milyon tondur. Növbəti mərhələdə əgər razılıq əldə olunarsa, kəmərin əlavə 16 milyon tona qədər artırılması imkanı var.

Rusiya isə gün ərzində Avropa bazarlarına 200-250 milyon ton qaz ixrac edir. Buna görə də Azərbaycanın potensial imkanlarda Rusiyanı əvəzləməsi göründüyü kimi müqayisə olunmazdır. Amma buna baxmayaraq bu Avropanın qaz təchizatının şaxələndirilməsində müəyyən bir imkandır. Müvafiq yanaşmanın ortaya qoyulmasında, yəni Azərbaycanın Rusiyaya alternativ hesab olunmasında məhz bu məqam nəzərə alınıb.

Bildiyimiz kimi Rusiyanın əsas məqsədi məhz Avropa bazarlarının təmərküzləşməsi və həmin bazarlarda öz siyasi, eyni zamanda iqtisadi maraqlarını inhisar prinsipləri əsasında təmin etməkdir. Azərbaycanın və digər alternativ mənbələrdən qazın Avropa bazarlarına çatdırılması isə Rusiyanın maraqlarına müəyyən qədər zərbə vurur.

- Təxminən 2 il əvvəl Azərbaycan TANAP layihəsini işə saldıqdan qısa müddət sonra - 2018-ci ilin 3 iyun tarixində Mingəçevir su elektrik stansiyasında baş verən partlayışı, həmçinin Gəncədəki məşhur terror hadisəsinin səbəbini Azərbaycanın karbohidrogen ehtiyatları sahəsində Rusiyaya alternativ ölkəyə çevrilməsi ilə əsaslandıranlar olmuşdu. Sizcə bu əsaslar nə qədər doğrudur?

- Mən bu əsasları müəyyən qədər konspirioloji yanaşma hesab edirəm. Məlumdur ki, Azərbaycanda bir çox ölkələrin maraqları var. Hər bir ölkədə bənzər formada digər ölkələrin maraqları var. Azərbaycanın əsas öhdəliyi və borcu məhz həmin prinsiplərə qarşı əhalinin və eyni zamanda ölkənin maraqlarının qorunması məsələsidir.

Mingəçevir hadisəsinin daha çox texniki əsasları vardı. Mən bununla bağlı araşdırma aparmışam. Mingəçevir hadisəsi hər hansı bir sui-qəsdin və yaxud da terror faktından baş verdiyini düşünmürəm.

Rəşad Həsənov: “Mingəçevir hadisəsinin daha çox texniki əsasları vardı. Mən bununla bağlı araşdırma aparmışam”.

Gəncə ilə bağlı olan hadisənin isə kifayət qədər müxtəlif səbəbləri var. Yəni bu hadisənim hər hansı səbəbdən baş vermə ehtimalı var idi. Həmin dövrdə Gəncədə idarəetmə çox nöqsanlı idi. İcra strukturunu təmsil edən nümayəndənin çox özbaşınalığı var idi. Həmçinin müxtəlif dövlətlər, müxtəlif quruplar bunu müəyyən qədər avantaja çevirə bilərdi. Həmin dövrdə daha çox İranın, Rusiyanın və yaxud başqa ölkələrin adları bu prosesdə hallandı. Amma dediyim kimi bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin borcu məhz bu istiqamətdə yaranan hadisələrin qarşısının alınması olmalıdır.

- “İrs Fondu”nun 2020-ci ildə hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə göstəriciləri barədə nə deyə bilərsiniz? Sizcə koronavirusdan sonra Azərbaycan iqtisadiyyatı ən azad ölkələr siyahısına düşməyi bacaracaq?

- Bu fondların yanaşmaları, qiymətləndirilmələri daha çox hüquqi bazada aparılır. Eyni zamanda bu fondların ortaya qoyduğu nəticələr kimlərlə əməkdaşlıq işlərindən çox asılıdır. Yəni burada yanaşmalar kifayət qədər çoxdur. Azərbaycan 2015-ci ildən sonra iqtisadiyyatın şaxələndirilməsi istiqamətimdə dayanıqlığını təmin edilməsi istiqamətində müəyyən bir mövqe ortaya qoymağa çalışıb. Bu məqsədlə 12 strategiya qəbul olunub. Müxtəlif təşviq mexanizmləri yaradılıb. Müəyyən qədər də olsa, islahat xarakterli addımlar atılıb. Amma bütün bunların hamısının nəticəsi olaraq bu islahatların iqtisadiyyata real transformasiyasını görmürük.

İqtisadi azadlıqlar deyilə bilər. Amma deyilən sözə inanmaq olmaz. Bunun ölçülməsinin şəffaf meyarı var. Birincisi ölkədə iqtisadi investisiya qoyuluşları nə qədər surətlə artır? Bunun heç biri yoxdur. Hətta son illərdə Azərbaycanda statistik göstəricilər siyasiləşir. Amma bununla belə çox kiçik artımlar əldə etmişik.

İkincisi Azərbaycana gələn birbaşa xarici investisiyaların həcmi 2016-cı illə müqayisədə davamlı olaraq azalmaqdadır. Əgər iqtisadi azadlıq olursa, bu xarici investorların maraq dairəsinə çevrilmək deməkdir.

Rəşad Həsənov: “Azərbaycanda inhisarçılıq, biznesə məmurun müdaxiləsi, yerli icra strukturlarının özünü hökmran hesab etməsi, icra strukturları bölgənin resurslarını özünün dədə malı hesab etməsi və bu kimi məsələlər kifayət qədər aktualdır”.

Azərbaycanda 2019-cu ilin son rübündə Prezidentin müşavirələrində səsləndirdiyi fikirlərə baxmaq lazımdır. Biz uzun illərdir bu fikirləri deyirdik. Amma Azərbaycanda nəysə ali şəkildə etiraf olunmayanda nədənsə həm media, həm də digər beyin mərkəzləri bu məsələlərə toxunmaq istəmirlər. Məsələ ondadır ki, Azərbaycanda inhisarçılıq, biznesə məmurun müdaxiləsi, yerli icra strukturlarının özünü hökmran hesab etməsi, icra strukturları bölgənin resurslarını özünün dədə malı hesab etməsi və bu kimi məsələlər kifayət qədər aktualdır.

Bu gün artıq 21-ci əsrdir və informasiya əlçatanlığı çox yüksəldir. Müxtəlif mənbələrdən investorlar məlumat əldə edə bilir. Baxmayaraq ki, biz 2019-cu il indeksində surətlə irəlilədik, biznesə başlamaqda dünyada 9-cu yerdəyik və s. amma nəticə yoxdur. Azərbaycan iqtisadiyyatına xarici investor gəlmir, Azərbaycan iqtisadiyyatına yerli investor pul qoymur. Hər ikisi qorxur. Çünki qoyduqları vəsaitə təminat yoxdur.

Azərbaycanda məhkəmə sistemi bir zənglə, sifarişlə, pulla qərarlar qəbul edir. Belə bir mühit heç bir halda azad biznes hesab oluna bilməz.

Bundan başqa Azərbaycanda vergi yükü kifayət qədər yüksəkdir. Məsələn Dünya Bankının hesabatında Azərbaycanda kommersiya gəlirlərində verginin yükü 40.2 faizdir. Hansı ki, müvafiq göstərici Gürcüstanda 16 faiz, Qazaxıstanda 30 faiz, neft ölkələrinə baxanda isə Küveyt, Qətər, Səudiyyə Ərəbistanı 14-16 faiz arasında dəyişir.

Azərbaycanın dövlət gəlirlərinin 50-60 faizi birbaşa, 70 faizi isə birbaşa və dolayı yolla neft resurslarının satışı və ixracından formalaşır. Belə bir şərtlər daxilində nə üçün bizdə vergi yükü bu qədər çox olmalıdır? Bütün bu məsələlər var. Bu məslələrə görə də kiminsə, ölkədə iqtisadiyyat azaddır deməsinin əhəmiyyəti yoxdur.

Nərminə UMUDLU
pia.az


Etiket: Vergi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar