Cümə axşamı, 27 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Rəşad Camalovun Rusiya vətəndaşlığı ciddi suallar yaradır...

Xarici ölkə vətəndaşları və ya ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə deputatlığa namizəd ola bilməzlər. Amma belə görünür ki, olur..

46 saylı Şirvan seçki dairəsində namizədliyi qeydə alınan mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovun Rusiya vətəndaşlığı da var, bu haqda araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazıb:

“Bilmirəm, MSK 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun başqa ölkə vətəndaşlığının olub-olmadığını müəyyənləşdirə bildimi?

Sizə təqdim etdiyim məlumatlardan aydın olur ki, keçmiş müdafiə sənayesi naziri mərhum Yavər Camalovun oğlu Rusiya vətəndaşı olub. Rəşad Camalovun hələ 2008-ci ildə Moskva 46 saylı Regional Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyata alınarkən Rusiya vətəndaşlığı olub. Reyestrdəki məlumatlar 2017-ci ildə də aktual olub və Camalovun üç il öncə də Rusiya vətəndaşlığının olduğunu göstərir. Amma Camalovların Rusiyadakı biznesi haqqında daha geniş yazı olacaq”.

PİA.az təəssüf hissi ilə qeyd edir ki, deputatlığa namizədin Azərbaycan vətəndaşlığını nə vaxt alması haqda məlumat yoxdur. Qeyd edək ki, xarici ölkə vətəndaşları və ya ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə deputatlığa namizəd ola bilməzlər.
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Masallıdakı dəhşətli ailə qətliamının təfərrüatları - Yenilənib

Tramp Dərin dövlətə qarşı müharibəyə başlayıb...

78-ci Dairənin 9 fevral “seçki”si: Ağ örpəyə bürünən Leriki qaranlığa qərq edən kabus

Əli Əsədovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - Video

Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

“27 gün cəhənnəm həyatı yaşadım, amma ölmədim” – Xocalı qırğınının şahidi danışır…

Dövlət Agentliyi bu şəxsin şirkətinə məsləhət üçün 120 min manat ödəyəcək

Neftçala Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edildi

Qumarxanaya çevrilmiş xəstəxanada xəstəni öldürüb oğlundan 9000 manat aldılar

İlqar Məmmədovun Xocalı haqda paylaşımı qalmaqal yaratdı

Abdin Fərzəliyev prezidentin göstərişinə niyə əməl etmir? - Video

loading...

Ən çox oxunanalar