Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəqabət Məcəlləsi illərdir niyə qəbul olunmur? - Hüquq eksperti açıqladı

Hüquq eksperti: “Biz bazar iqtisadiyyatlı bir cəmiyyət, dayanıqlı, keyfiyyətli iqtisadiyyat qurmaq istəyiriksə, bu rəqabətsiz mümkün deyil. Rəqabət varsa, bazar iqtisadiyyatı var, rəqabət yoxdursa bazar iqtisadiyyatı da yoxdur”

“Rəqabət Məcəlləsinin hazırlanmasında hansısa nazirliyin və yaxud o nazirliyin rəhbərliyinin şəxsi maraqlarından yox, həmçinin ölkədə mövcud olan inhisarların marağından yox, qanunun tətbiqi qabaqcıl təcrübəyə dayanması nöqteyi-nəzərindən çıxış edilməlidir”.

Bu sözləri hüquqşünas Eldar Qocayev Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanması zərurətini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı bildirib ki, 2019-2020-ci illərdə Rəqabət Məcəlləsinin hazırlanması prioritet məsələdir. Həmçinin G. Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi” haqqında Fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

Rəqabət Məcəlləsinin işlək bir qanun ola bilməsi üçün hansı işlər görülməlidi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı əvvələr bu məsələ ətrafında çalışan hüquq eksperti Eldar Qocayevə müraciət edib.

Eldar Qocayev: “Rəqabət Məcəlləsinin birinci istiqaməti odur ki, şəffaflıq, hesabatlılıq olmalıdır. Orqanın özünün statusu qaldırılmalıdır, orqanın strukturu mükəmməl qurulmalıdır və müstəqil olmalıdır”.

Azərbaycan qanunvericiliyində hökmran mövqeyin faizinin xeyli aşağı olduğunu xatırladan hüquqşünas PİA.az-a açıqlamasında əlavə edib ki, hökmran mövqenin faizi qaldırılmalıdır:

Azərbaycanda Rəqabət Məcəlləsi yaradılması məsələsi 2004-cü ildən ortadadır. Bu məsələ bəzən çox aktual, bəzən də səngimiş halda olub. Həmçinin Rəqabət Məcəlləsinin müxtəlif versiyaları olub. Müxtəlif dövrlərdə də biz versiyaların üzərində işləmişik. Bəzən Rəqabət Məcəlləsinə yanaşmalar da müxtəlif olub. Buna görə də yaxşı olardı ki, Rəqabət Məcəlləsi təməl prinsipləri əsasında qurulsun.

Rəqabət Məcəlləsinin hazırlanmasında hansısa nazirliyin və yaxud o nazirliyin rəhbərliyinin şəxsi maraqlarından yox, həmçinin ölkədə mövcud olan inhisarların marağından yox, qanunun tətbiqi qabaqcıl təcrübəyə dayanması nöqteyi-nəzərindən çıxış edilməlidir.

Rəqabət Məcəlləsinin yaradılması çox ciddi bir məsələdir. Buna yalnız hüquqi bilik yox, dərin iqtisadi biliklər lazımdır və bu hər bir ölkənin real şəraitindən irəli gəlməlidir. Bu sahədə bizim qanunvericiliyimiz var. 1993-cü ildən bəri Azərbaycanda qəbul olunmuş ilk qanunlardan biri “antiinhisar haqqında qanun”, “təbii inhisarların tənzimlənməsi haqqında qanun” və “rəqabətlilik haqqında qanun”dur. Amma baxsaq görərik ki, bu qanunlar bəzən dünyanın qabaqcıl təcrübəsində eyni qanunvericiliyin tərkib hissəsi kimi deyillər.

Birincisi “antiinhisar haqqında qanun” heç də “rəqabətlilik haqqında qanun”la eyni kateqoriyaya aid deyil. Buna görə də biz nə istədiyimizi ən başdan müəyyən etməliyik. Biz rəqabət yönümlü qanun istəyirik, yoxsa antiinhisar yönümlü qanun istəyirik? Bu nəzəri, yəni müəyyənləşdirici amillərdən biridir.

Eldar Qocayev: “Əvvələr bir layihə hazırlanmışdı. Bu layihə həm ictimaiyyəti, həm də ölkə rəhbərliyinə qarşı aldadıcı xarakterli idi”.

Vaxtı ilə bu qanunun həm nəzəri istiqamətlərini, həm də müddüaların ümumi yanaşmalarının işləyib hazırlayandan biri mən olmuşam. Konkret bir layihə hazılayıb vermişik və bu layihə uzun müddət müzakirə olunub.

Qeyd edim ki, əvvələr bir layihə hazırlanmışdı. Bu layihə həm ictimaiyyəti, həm də ölkə rəhbərliyinə qarşı aldadıcı xarakterli idi. Çünki layihə özündə idarə maraqlarını, şəxsi maraqları daşıyırdı. Həmin layihə keçmədi. Layihənin keçməməsində Azərbaycan cəmiyyətinin, həmçinin parlamentdə olan müəyyən yoldaşların və Prezident Admistrasiyasının rolu oldu.

Biz bazar iqtisadiyyatlı bir cəmiyyət, dayanıqlı, keyfiyyətli iqtisadiyyat qurmaq istəyiriksə, bu rəqabətsiz mümkün deyil. Rəqabət varsa, bazar iqtisadiyyatı var, rəqabət yoxdursa bazar iqtisadiyyatı da yoxdur. Rəqabət də yoxdursa, demək burada başqa inzibatı iqtisadiyyatdır.

Eldar Qocayev: “1993-cü ildən bəri Azərbaycanda qəbul olunmuş ilk qanunlardan biri “antiinhisar haqqında qanun”, “təbii inhisarların tənzimlənməsi haqqında qanun” və “rəqabətlilik haqqında qanun”dur. Amma baxsaq görərik ki, bu qanunlar bəzən dünyanın qabaqcıl təcrübəsində eyni qanunvericiliyin tərkib hissəsi kimi deyillər”.

Rəqabət Məcəlləsinin birinci istiqaməti odur ki, şəffaflıq, hesabatlılıq olmalıdır. Orqanın özünün statusu qaldırılmalıdır, orqanın strukturu mükəmməl qurulmalıdır və müstəqil olmalıdır. Həm də orqanın rəhbəri ölkənin ən yüksək qurumu, bəlkə də prezident səviyyəsində təyin olunmalıdır. Necə ki, bu nümunə ABŞ, Macarıstan, Litva təcrübəsində özünün çox gözəl doğruldub.

İkincisi qanun hökmran mövqeyi ilə bağlı müdüalar xeyli təkminləşdirilməlidir. Azərbaycan qanunvericiliyində hökmran mövqey faizi xeyli aşağı, yəni bu müvafiq əmtəə bazarında 35 faiz göstərilib. Bu 35 faizin özü dominantlıq etmək üçün aşağı faizdir. Dünya təcrübəsində də bir neçə ölkədən başqa 35 faizi hökmran mövqe kimi qəbul edən yoxdur. Hətta Rusiya 12 ildir bu faizi qaldırıb. Biz də bu müddanı Rusiyadan götürmüşdük. Buna görə hesab edirəm ki, Azərbaycanda da hökmran mövqenin faizi qaldırılmalıdır.

Üçüncü istiqamət isə haqsız rəqabətlə bağlı məsələdir. Rəqabət Məcəlləsində haqsız rəqabət ayrıca güşəni təşkil edir. Azərbaycan qanunvericiliyində verilmiş bir neçə maddə var ki, həmin maddələr haqsız rəqabətə dəxli olmayacaq maddələrdir. Bu da xeyli qarşılıqlıq, dolaşıqlıq yaradır. O maddələr oradan çıxarılmalıdır. Çünki o qanunlar eyni zamanda antiinhisar qanunda gedir və onun predmetinə daxildir.

Eldar Qocayev: “Azərbaycan qanunvericiliyində verilmiş bir neçə maddə var ki, həmin maddələr haqsız rəqabətə dəxli olmayacaq maddələrdir”.

Dördüncü istiqamət dəymiş ziyana görə kompensasiyaların ödənilməsi ilə bağlı məsələdir. Bu məsələ ümumiyyətlə Azərbaycan qanunvericiliyində heç vaxt olmayıb. Onu da vurğulayım ki, Şərqi Avropanın özündə belə bu yenidir. Yəni Avropa Birliyi bu qanunu 2004-cü ildən tətbiq etməyə başladı. İnhisarçılıq nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələsi bizdə açıqdır və tam həll olunmur. Bunun yalnız məhkəmə qaydasında həll olunması ümumi norma kimi göstərilir. Hesab edirəm ki, bu maddə də dəyişdirilməlidir.

Altıncı istiqamət kartellə bağlı məsələdir. Azərbaycanda antiinhisar orqan 1992-ci ildə yaranıb və 1993-cü ildə ilk qanun qəbul edilib. Çox qəribə bir haldır ki, o vaxtdan bu günə kimi kartel faktı ortada yoxdur. Düşünürəm ki, kartel münasibətlərinin açılması üçün dünyada tətbiq olunan güzəşt qaydası Azərbaycanda da tətbiq olunmalıdır. Yəni karteldə iştirak edən subyektlərdən hər hansı birinin kartel haqqında müvafiq orqana məlumat verilməsi ilə kartelin açılması nəzərdə tutulur və bunun müqabilində həmin məlumatı vermiş subyektə güzəştlərin edilməsi, onun cəzasının yüngülləşməsini nəzərdə tutan normalar var.

Yeddinci istiqamət isə təbii inhisarın özünün tənzimlənməsidir. Bu sahə böyük bir sahədir. Təbii inhisaçılıqda çoxlu qanunlar və normativ hüquqi aktlar var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar