Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Rəqabət, yoxsa soyuq müharibə? - Regional güclər ABŞ, Çin və Rusiya arasında necə seçim edəcəklər?..

Bəs bu düşərgələrin İrana qarşı siyasətləri necədir?..

Memun Fendi
“Şarkul Avsat” qəzeti, 5 aprel 2021-ci il

İctimaiyyətin bir tərəfində Çin və Rusiyanın, bir tərəfində isə ABŞ-ın yer aldığı bu rəqabət təkcə diplomatik hay-küydən ibarətdir, yoxsa fərqli bir qlobal nizamı xarakterizə edən yeni soyuq müharibənin əlamətləridir? Yaxud da, bəlkə, qlobal sistemə çox da təsir etməyəcək rəqabət və təsir sahələri axtarışı ilə əlaqəlidir?

Bu qarşılıqlı əlaqədə olan sualların cavabları ilk növbədə ərəb ölkələrinin təhlükəsizliyi ilə bağlı problemlərə təsir göstərə bilər.

Çin-lə ABŞ arasında Alyaskada keçirilən görüş barədə düşünməyə ehtiyac var. Ən azından son 20 ili nəzərə alsaq, iki ölkə arasındakı bu üzləşmə görülməmiş bir vəziyyətdir. Bu prezident Co Baydenin aparıcı Corc Stefanopulos tərəfindən Putini qatil kimi təsvir etməsi ilə razılaşması qədər misilsiz hadisədir.

Görünür, bu cür qarşıdurmalar Baydenin ABŞ, Avropa, Hindistan, Yaponiya və Cənubi Koreyadan ibarət olan demokratik ittifaqı ilə Çin və Rusiyanın təmsil etdiyi diktatura ittifaqı arasında yeni bir soyuq müharibə yaradır. ABŞ-ın Çin Kommunist Partiyasının bəzi liderlərinə qarşı tətbiq etdiyi, həmçinin Avropanın Putinə qarşı tətbiq etdiyi sanksiyalar hər gün gözümüzün önündə formalaşan bu qarşıdurmanın iki tərəfini ayıran xəttin xüsusiyyətlərini bir daha təsdiqləyir.

ABŞ dövlət katibi Entoni Blinkenin digər həmkarları ilə danışıqlarına və ABŞ Dövlət Departamenti tərəfindən nəşr olunan son insan hüquqları hesabatına gəldikdə isə, şübhəsiz insan hüquqları, demokratiya və güclü vətəndaş cəmiyyəti yaxın gələcəkdə ABŞ xarici siyasətinin təməl daşları olacaq. Eyni şəkildə bölgədəki həmkarları olan Türkiyə və Misirin xarici işlər nazirləri ilə apardığı görüşdə rus silahlarının alınması ilə bağlı xəbərdarlıqlar verməsi də yeni beynəlxalq rəqabəti bir daha gözlər önünə sərir.

Beləliklə, yeni dünyanın mənzərəsi aydın görünür: bir tərəfdə Çin və Rusiya, digər tərəfdə isə ABŞ və demokratiya ittifaqının yer aldığı iki rəqib düşərgə...

Bəs iki düşərgənin İrana qarşı siyasətləri necədir? Məsələn, Vyanada ABŞİran arasındakı görüşlərdə üçüncü tərəf olan Avropa vasitəsilə ortaya çıxan boz bir sahə var. Yenə də bu qəzetin yazıçılarından biri olan Əbdürrəhman Rəşidin uzun müddətdir izah etməyə çalışdığı kimi, Çinlə İran arasında gizli sövdələşmələr aparılır.

Hər iki düşərgənin İranla münasibətlərini müxtəlif səviyyələrdə izah etmək cəhdləri bölgənin rəqabət sahəsinə çevrildiyini göstərir. Bu, böyük güclərin bölgəyə laqeyd yanaşmasından çox, onunla maraqlandığına işarə edir. Beləliklə, vəziyyət ABŞ-ın bölgədən geri çəkildiyi təəssüratını vermir.

Yaxın Şərq mənzərəsindəki ilk detalların xüsusiyyətləri onu göstərir ki, hazırda ölkələrin qarşısında iki düşərgə arasında açıq bir seçim etmək öhdəliyi durur. Ancaq bu dəfə iki düşərgədən birinə qoşulmaq məsələsi bir düşərgəyə olan bağlılığı elan etmək və ya əvvəlki tarixi münasibətlərə güvənmək qədər asan olmayacaq. Avropa Birliyinə daxil olmaq üçün Birliyin Türkiyəyə tətbiq etdiyi xüsusiyyətlərə bənzər şəkildə digər xüsusiyyətlər tələb ediləcək. Bu, o deməkdir ki, bəzi ölkələr demokratik ittifaqlar klubuna qoşulmaq istəsələr də, bölgə ölkələri demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı mövqelərini dəyişdirməli olacaqlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran ABŞ

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Ən çox oxunanalar