Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

"Gülü ilə heç vaxt pis münasibətimiz olmayıb. O, birdən-birə bizimlə pisləşdi. Nə ev, nə pul istəmişik. Nə də aliment verib, anam imtina edib".

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) birinci evliliyindən olan qızı Rasimə deyib. "Elgizlə izlə" proqramına gələn Rasimə əmisi Vaqif Hüseynovun onlarla bağlı dediyi "Gülü evdən onlara pay versin, kirayədə yaşayırlar" sözlərə aydınlıq gətirib:

"Qürurama toxunub, Gülşən xanım (Gülü) dedi ki, bizə ev verib və mən satmışam, kirayədə qalıram. Kirayədə qalmıram, öz evimdir, şəhərin mərkəzində qalıram. Sənətlərim də var. Anam bizi elə tərbiyə edib ki, kiməsə təzyiq göstərməyək. Rəhmətlik Sabir əmimin övladları, yoldaşı bizim hər məclisdə olub. Toyda, bayramda bir olmuşuq. Vaqif əmimlə isə əlaqəmiz yoxdur. Rəmiş Moskvadan bizə şirniyyat, qolbaq göndərib. Deyir, hər ay 300 dollar göndərmişəm. Olubsa, çeklər hər yerdə çıxa bilər. O biri bacımın övladı avtoqəzada rəhmətə gedib. Uşaq komada yatdı, atam bir dəfə gəlmədi. Uşaq yataq xəstəsi oldu qəzadan sonra.

O kişi rəhmətə gedib, indi bu söz-söhbət nəyə lazımdı? Sağlığında atamdan nə istədik? İndi rəhmətə gedəndən sonra nə istəyə bilərəm? Qanunla varis mənəm, qanunlarımı bilirəm".

O, atası ilə anasının ayrılmasından bəhs edib:

"Anamın ata-anası sayılıb, seçilən ailə olub. Bizim pula ehtiyacımız olmayıb, sürücümüz də olub. Hr yerə gedib-gəlməyə qoymayıblar. Ona görə də atamın ikinci nikahdan olan oğlunu görməmişik. Atam anama ikinci xanımı ilə xəyanət edib. Gülü isə üçüncü olub".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar