Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regionlarda gənc qızlar velosiped idmanına cəlb olunur

Gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyilə regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə «Gənc Velosipedçilər» İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə «Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi» mövzusunda vətənimizin 4 rayonunda Mingəçevir, Qusar, LənkəranBiləsuvarda, hər rayon üzrə seminar-təlim və veloyürüşlərə start verilib.

Mingəçevir şəhərindən başlayan layihənin birinci günü seminarlar zamanı gənclərə, qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanın gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib. Daha sonra gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb.

Layinənin ikinci günü seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Mingəçevir şəhərində veloyürüş keçirilib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar