Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regional münasibətlərdə ABŞ seçkilərinin önəmi - Ərəblər niyə narahatdır?..

Donald Trampın yenidən seçilməsi və ya seçilməməsi Yaxın Şərq üçün üçün hansı nəticələrə səbəb ola bilər və ya rəqibi Co Bayden qalib gəlsə nələr olar?..

Sam Mensa
“The Independent” qəzeti, Türkiyə, 31 avqust 2020-ci il

Bölgədəki hadisələr nə qədər mürəkkəb olsa da, ABŞ-dakı prezidentlik yarışının qızışdığı və müzakirələrin intensivləşdiyi seçki yarışını görməzlikdən gəlmək mümkün deyil. Xüsusən ABŞ prezidenti Donald Trampın vəzifədə olduğu dövrdə Yaxın Şərq də daxil olmaqla, bir çox bölgə ilə bağlı əsas məsələlərə olan siyasi münasibəti qeyri-müəyyən olduğu üçün bu yarış dünyada hər zamankindən daha çox izlənilir.

Bölgəni əhatə edən bir çox böhran və müharibə var. Bunlardan bəziləri birbaşa Amerika ilə əlaqəlidir. Əbdürrəhman Rəşidin keçən həftə yazdığı kimi, bu bölgədəki münaqişənin tərəfləri əvvəl itirdiyi mövqeyini gücləndirmək və yaxşılaşdırmaq üçün vaxt qazanmağa çalışırlar. Rəşid öz məqaləsində Türkiyənin Liviyadakı münaqişələrə daxil olması, Aralıq dənizində genişləndirici siyasət yürütməsi, Yunanıstan və Kipr ilə yeni bir qarşıdurmanın astanasına gəlməsi barədə danışıb.

İraqdakı qarışıqlıq yenə də davam edir. Kütləvi xalq nümayişlərinin kölgəsində İraqın Baş naziri Mustafa əl-Kazıminin Vaşinqton səfəri və iki ölkə arasındakı strateji danışıqları müzakirə edilərkən, həmçinin pusquda gözləyən İranın nə cavab verəcəyi də sual doğurur.

Suriyaya gəldikdə isə müharibə davamlı olaraq güclənir. Üstəlik, Livan dünyanın dördüncü ən böyük partlayışı olaraq xarakterizə edilən dəhşətli Beyrut limanı partlayışından ağır zərbə alıb. Paytaxtın üçdə birindən çoxu məhv olduğu halda, hakim elita heç bir şey olmamış kimi davranır. Əlbəttə ki, İran bütün bu qarşıdurmaların və genişləndirmə siyasətinin ortaq məxrəci olmağa davam edir.

Bu kontekstdə bir çox aktyorun ABŞ-dakı seçkilərin nəticələrini gözlədiyi aydındır. Ancaq ərəb dünyası və ya onun ən azından bir hissəsinəticələri gözləmək əvəzinə, prossesdə hansısa bir rol oynamaq gücünə sahib olsaydılar, Ağ Evə kimin gələcəyindən asılı olmadan, ABŞ-ın onların məqsədlərinə xidmət etməsini təmin edə bilər və bu da mühasilərin həllini asanlaşdıra bilərdi.

Bu problemli günlərdə əgər Co Bayden seçkilərdə qalib gəlsə, mövcud rəhbərliyin qərarlarında və ya sonrakı rəhbərliyin idarə edilməsində ortaq bir ərəb mövqeyi və ya ABŞ siyasətinə təsir edə biləcək bir ərəb siyasəti haqqında danışmaq çətin olacaq.

Bu baxımdan ABŞ-da təsirli bir ərəb rolunun meydana gəlməsi üçün, fikir ayrılığı yaşasalar belə, ortaq maraqlar məsələsində razılığa gələrək danışıqlar apara biləcək bir ərəb dövlətləri birliyinə ehtiyac var. Düzdür, əksər ərəb ölkələri şiddətli qarşıdurmalar və böhranlarla praktik olaraq iflic vəziyyətindədirlər. Bu böhranların və qarşıdurmaların bir qismi irsi xarakter daşısa da, bəziləri Donald Trampın yenidən prezident seçilməsi sayəsində doğru siyasətlərlə həll edilə bilər.

Donald Trampın yenidən seçilməsi və ya seçilməməsi Yaxın Şərq üçün üçün hansı nəticələrə səbəb ola bilər və ya rəqibi Co Bayden qalib gəlsə nələr olar? ABŞ seçkisi regional münaqişələrə necə təsir edə bilər?

Bütün bunlara ABŞ seçkiləri ilə bağlı əsas beş fakta uyğun şəkildə baxmaq lazımdır:

1) Vaşinqtonun hələ həzm edə bilmədiyi 2003-cü il İraq müharibəsinin nəticələri İraqdakı vəziyyətin gedişatına təsir göstərən bir problemdir. Buna görə də iki ölkə arasında davam edən strateji dialoqun nəticələri çox vacibdir.

2) Amerika sağının, xüsusən də İsrailə daha çox sadiq olan evangelist xristianların təsirilə ABŞ-İsrail münasibətlərində baş verən dəyişikliklər nəticəsində ABŞ solu İsrailin təkliflərinə və tutduğu mövqe əleyhinə dayanıb. Lakin bu, Amerika mərkəzinin Təl-Əvivi dəstəkləməyəcəyi və ya Vaşinqtonun İsrailə verdiyi dəstəyi geri götürəcəyi mənasına gəlmir.


3) ABŞ-ın bölgədəki və Avropadakı ənənəvi müttəfiqləri ilə münasibətləri pisləşir. Bu zəifləmə Barak Obamanın “arxa planda idarə etmək”, siyasəti ilə başladı və indi Trampın “öncə Amerika” siyasəti ilə davam edir.

4) ABŞ-ın bölgədəki neftə olan marağı azalsa da, bölgədəki müttəfiqlərini qorumaq, bu neft qaynaqlarının bölgədəki və bölgə xaricindəki müxaliflərin əlinə keçməsinin qarşısını almaq üçün bu bölgələrlə münasibətlərini davam etdirir.

5) Son fakt isə ABŞ-ın Yaxın Şərq perspektivi ilə əlaqədardır. Görünür, ABŞ-ın bölgə ilə bağlı dəqiq bir siyasəti yoxdur və bölgədən nə istədiyini də bilmir. Bu səbəbdən, bölgə problemləri ilə mövsümi siyasətlər zəminində məşğul olmağa davam edir. Halbuki ehtiyac duyduğu şey ardıcıl bir siyasi baxışdır.

Yuxarıda göstərilən bu məsələləri nəzərə aldıqda görünür ki, ərəb dünyası gözlənilən bütün ehtimallar qarşısında çətinlik çəkə bilər. Prezident Trampın Ağ Evə dönüb dönməyəcəyi və bunun İrana qarşı tətbiq edilən sanksiyaların davam etdirilməsi məsələsində nə ifadə edəcəyi həmişə narahatlığa səbəb olub. Çünki İran məsələsi ərəblər üçün çox vacibdir. Halbuki Trampın nə edəcəyi bəlli deyil. Əgər Trampın məğlub olmaq riski daha da artsa, vəzifə müddəti bitmədən sülhə və ya müharibəyə səbəb ola biləcək bəzi həmlələr edə bilər. Yaxud da əgər Bayden qalib gəlsə, bu o demək deyil ki, ərəblər üçün hər şey yerlə-yeksan olacaq.

Bayden ABŞ-ı Trampın birtərəfli siyasətindən daha liberal bir xəttə aparsa da, ölkəni yenidən Obamanın siyasətinə qaytarması və xüsusilə, İran məsələsində nüvə razılaşmasını və ya sanksiyaları qaldırmaq nöqtəsinə qayıtması gözlənilmir. Çünki bu gün İran Obamanın zamanında olduğundan daha geniş işğalçı mövqedədir.

Digər vacib bir məsələ isə BƏƏ-İsrail münasibətlərinin normallaşması məsələsidir. Tramp qayıtsa və ya Bayden də qalib gəlsə belə, bu normallaşma addımı bir prosesin başlanğıcıdır. Hər halda BƏƏ-İsrail münasibətlərinin normallaşmasında olduğu kimi, İsrail ilə Körfəz ölkələri arasında strateji, iqtisadi, texnoloji, təhsil, elmi və səhiyyə münasibətlərinin başlayacağı gözlənilir.

Bu prosesə İsrail-Ərəb barışığından çox, bu cür konkret münasibətlərə diqqət yetirmək lazımdır. Bu münasibətlər sayəsində bəzi bağlı qapıların açılacağına və müəyyən problemlərin həll ediləcəyinə ümid edilir.

ABŞ seçkilərinin Livandakı şərtlərə olan təsirinə gəldikdə isə Livan ABŞ-ın gözündə milislər vasitəsilə İranın hakim olduğu bir qarşıdurma bölgəsi kimi qalacaq. Bu səbəblə, ABŞ ya Livanı bir vətən olaraq görüb onu bu vəziyyətdən xilas etməyə çalışacaq, ya da uğursuz bir dövlət kimi görüb cəzalandıracaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar