Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəcəp Tayyip Ərdoğan bu gün ABŞ-a səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək...

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək.

Bildirilir ki, prezidentlər ən yeni qırıcıların, ABŞRusiyanın “Patriot” və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. “Bizim hədəfimiz ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Həmçinin hərbi sənayedə addımları müzakirə edəcəyik. Çünki “Patriot”u bizə satmadılar, biz alternativi – S-400-ü tapdıq və bu məsələ bitib”, – deyə daha əvvəl Ərdoğan jurnalistlərə bildirib.

“Haber7.com”un yazdığına görə, Ağ Evdə keçiriləcək görüşdə Suriya ilə sərhəd boyu təhlükəsizlik zonasının yaradılması, YPG rəhbərinin təhvil verilməsi, İŞİD-in son durumu, FETÖ ilə mübarizə, F-35 böhranı müzakirə olunacaq.

Görüşdə eləcə də Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar