Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Real TV-nin yerüstü yayıma çıxacağı vaxt məlum olub

“Real TV-nin yerüstü yayıma mayın əvvəllərində başlaması nəzərdə tutulub”

Bunu ONA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, Real TV-nin yerüstü yayıma çıxması ilə bağlı hər hansı texniki problem yoxdur.

İ. Məmmədov qeyd edib ki, telekanalın paketlərdəki yeri və regionlarda qoşulacağı stansiyalar müəyyən olunub.

Xatırladaq ki, dünən MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) elan etdiyi müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi” MMC (Real TV), “TV-Media Azerbaijan” MMC və “RTV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib. Müvafiq qanunvericiliyi rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11 martdan 11 aprelədək elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

pia.az


Etiket: Real TV

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar