Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

REAL-da narazılıqlar - Partiyada parçalanma ehtimalı varmı?

İlqar Məmmədovun sədr kimi fəaliyyəti kimləri qane edir, ya da etmir?..

REAL-ın icraçı katibi: "Parlament seçkilərinə qədər fokuslanmış partiya strukturları qurulmasa, seçkidə ciddi uğur əldə etmək çətin olacaq. Buna görə də İlqar Məmmədovun təklifini tam dəstəklədim"

"Əgər Azər bəy bu prosesdə özünü görmürsə və bu prosesdə iştirakını hər hansı formada imkansız sayırsa, bu onun verdiyi qərardı. Bu qərara da hörmətlə yanaşacağıq və şəxsi münasibətlərimizdə heç bir problem yaşanmayacaq".

Bu sözləri REAL-ın icraçı katibi Natiq Cəfərli partiyanın növbədənkənar qurultaya getməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Respublika Alternativ Partiyası (ReAL) növbədənkənar qurultayla bağlı İdarə Heyətinin 5 üzvündən ibarət Təşkilat Komitəsi yaradıb. Partiyanın Ali Məclisi 3 noyabr tarixində növbədənkənar qurultayla bağlı qərar qəbul edib.

Bu barədə Meydan TV-yə danışan məclis başqanı Azər Qasımlı xatırladıb ki, sədr İlqar Məmmədov partiyanın indiki strukturuyla gələn il parlament seçkilərində qələbə qazana bilməməsi barədə status yazmışdı: "Ona görə də İlqar Məmmədov bunun məsuliyyətini daşıya bilməyəcəyini və yeni nizamnamə təklif edəcəyini əlavə etmişdi. Yeni nizamnamə də qurultayda qəbul oluna bilər. Çünki nizamnaməyə dəyişikliyi yalnız qurultayda həyata keçirmək mümkündür. Bugünkü məclis toplantısında növbədənkənar qurultaya getmək üçün iştirakçıların üçdə ikisinin səsinə ehtiyac vardı, bunu əldə etmək həddən artıq çətindir. Ona görə mən məclis başqanı olaraq hər bir məclis üzvündən xahiş etdim ki, sədrin təklifinə səs versinlər”.

Ancaq Azər Qasımlı İlqar Məmmədovun təklifini bölüşmədiyindən Təşkilat Komitəsində təmsil olunmayacaq: "Hesab edirəm ki, sədrin təklifləri partiya üçün o qədər də uyğun deyil. Mən avtoritar struktur təklifini gördüm, ona görə razılaşmadım, hələ əhatəli danışmaq istəmirəm. Ancaq İlqar Məmmədov islahatlar aparmaq istəyirsə, ona kart-blanş verlməlidir. Mən İlqar Məmmədovun təkliflərinə müsbət yanaşmasam da, hər kəsdən xahiş etdim ki, onun növbədənkənar qurultay keçirmək təklifinə səs versinlər. Məclis üzvlərinə də buna görə təşəkkür etdim. Hər halda görəcəyik ki, İlqar bəy necə partiya quracaq”.

REAL Partiyasının növbədənkənar qurultayının keçirilməsini nə qədər zəruri hesab etmək olar və İlqar Məmmədovun sədr kimi fəaliyyəti tam qane edicidir?

Mövzunu PİA.az-ın əməkdaşı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: " REAL-ın gələn il keçiriləcək parlament seçkilərində uğur qazanması üçün bu işlərin indidən görülməsi çox vacibdir".

REAL-ın da parlament tipli partiyaya çevrilməsi üçün struktur dəyişikkiyinə ehtiyacı olduğunu vurğulayan icraçı katib bildirib ki, bunun üçün isə qurultay vacibdir. Çünki REAL-ın idarə heyyəti də, sədri də qurultay qərarı olmadan strukturu dəyişdirə bilməz. Buna görə də növbədənkənar qurultay qərarı doğru və yerində verilmiş qərardı:

"Bu qərarı ilk andan dəstəkləmişəm. Hətta qurultayla bağlı ideyalarım da olub. Məlumdur ki, parlament seçkilərinə bir il qalıb. Parlament seçkilərinə qədər fokuslanmış partiya strukturları qurulmasa, seçkidə ciddi uğur əldə etmək çətin olacaq. Buna görə də İlqar Məmmədovun təklifini tam dəstəklədim.

Növbədənkənar qurultayda əslində iki məsələ həll olunmalıdır. Birinci qurultay zamanı 31 dəfə müraciət etməyimizə baxmayaraq bizə yer veriləmədi. Buna görə də biz Azərbaycanda ilk dəfə, dünyada isə nadir görünən onlayn qurultay keçirdik. Məqsədimiz isə təsisi elan etmək idi.

İndi isə növbədənkənar qurultay keçirib sənədləri Ədliyə Nazirliyinə göndərəcəyik ki, biz oradan rəsmi cavab alaq. Rəsmi cavab alınacaq ya yox bunu indidən demək çətindir. Amma ən azından müraciətimiz olacaq.

Natiq Cəfərli: "REAL Azərbaycan siyasətinə yeni rəng, yeni nəfəs gətirdiyi kimi bundan sonra da yenilikləri davam etdirəcək".

İkinci məsələ isə struktur dəyişikliyidir ki, idarəetmənin effektivliyi artmakıdır. Partiyanın təsisindən sonra yeni strukturlar yaranacaq. Həmçinin idarəetmənin çevikliyi, qərarların qəbul olunmasının operativliyi və surətliliyi artırılacaq. REAL-ın gələn il keçiriləcək parlament seçkilərində uğur qazanması üçün bu işlərin indidən görülməsi çox vacibdir.

Azər bəyin münasibəti haqqında isə onu deyə bilərəm ki, REAL yaranan gündən demokratik prinsiplər əsasında qurulub. Yəni REAL-da təmsil olunan hər bir şəxs öz fikirlərini açıq deyə bilir. Bu başqa partiyalarda nadir görünən hadisədir. Amma bu REAL-da həmişə olur. Buna görə də bu cür fikirlər ilk dəfə deyil və yəqin ki, sonuncu da olmayacaq. Yəqin ki, Azər bəyin öz fikirləri və arqumentləri var. Bunu hörmətlə qarşılayıram. Əgər Azər bəy bu prosesdə özünü görmürsə və bu prosesdə iştirakını hər hansı formada imkansız sayırsa, bu onun verdiyi qərardı. Bu qərara da hörmətlə yanaşacağıq və şəxsi münasibətlərimizdə heç bir problem yaşanmayacaq.

REAL-ın bir partiya olaraq yeni strukturda formalaşmasına ehtiyac var. Çünki Azərbaycanda hansı partiyanı yaratsan da keçmiş kominist partiyasına oxşayır. Yəni bütün partiyaların strukturları məsələlərə yanaşması çox köhnəlib. Dünyada müasir, parlament tipli partiyalar var ki, onların işi daha effektivdir.

REAL-ın da parlament tipli partiyaya çevrilməsi üçün struktur dəyişikkiyinə ehtiyacı var. Bunun üçün isə qurultay vacibdir. Çünki REAL-ın idarə heyyəti də, sədri də qurultay qərarı olmadan strukturu dəyişdirə bilməz. Buna görə də növbədənkənar qurultay qərarı doğru və yerində verilmiş qərardır. Bu ilin sonuna qədər biz bütün bu prosesləri yekunlaşdırmağı düşünürük. Yanvar ayından isə parlament seçkilərinə çox ciddi hazırlaşıb bütün dairələrdən namizədlərimizlə iştirak edəcəyik.

Bildiyimiz kimi İlqar Məmmədov 5 il 7 ay həbs həyatı yaşadı. Bu müddətdə ölkənin ictimai-siyasi proselərindən də kənarda qalmışdı. Həmçinin İlqar Məmmədov REAL-ın partiyaya çevrilməsi prosesindən də kənarda qalmışdı. Müəyyən zaman lazım idi ki, İlqar bəy proseslərin dərinliyini, hansı nöqtədə olması ilə bağlı özü nəticə çıxarsın. Artıq 1 ildən çoxdur ki, İlqar bəy azadlıqdadır və qərar vermə zamanı yetişdi.

Hər birimiz insanıq və hər birimizin səhv, düz işləri olur. Müəyyən açıqlamarda cəmiyyətdə dalğalanmaların yaranmasına səbəb ola bilir. Bu normaldır və siyaətçi belə hallara hazır olmalıdır. Amma İlqar bəyin vizionuna, gələcəyə baxışına, ölkəni necə görmək istədiyinə tam inanıram. Əminəm ki, REAL Azərbaycan siyasətinə yeni rəng, yeni nəfəs gətirdiyi kimi bundan sonra da yenilikləri davam etdirəcək. İlqar Məmmədov da burada lider rolunda çıxış edəcək. Yəni bu günə qədər olanlarla, bundan sonra olanlar arasında ciddi keyfiyyət fərqinin də olacağını düşünürəm".

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar