Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Real Cümhuriyyətçilər”in hədəfləri nədir? - Natiq Cəfərli açıqladı...

“Real Cümhuriyyətçilər” parlament seçkilərində parlament fraksiyası yaradacaq qədər deputat sahib ola biləcəklərmi?..

ReAL-ın icraçı katibi: “ReAL-ın reytinqi Bakıda 30 faizə yaxın, regionlarda isə 20-21 faiz civarındadır”.

“Ən azından hesab edirik ki, bu seçkilər daha fərqli olacaq. Bunu indidən söyləmək mümkündür”.

Bu sözləri ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı PİA.az-a verdiyi qısa müsahibədə bildirib.

Xəbər verdiyimiz kimi ReAL Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində “Real Cümhuriyyətçilər” bloku ilə iştirak edəcək. Bunu ReAl Partiyasının sədri İlqar Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

ReAL Partiyasının növbədənkənar parlament seçkilərindən gözləntiləri və seçkidəki namizədləri ilə bağlı PİA.az-ın əməkdaşı ReAL Hərəkatının icraçı katibi Natiq Cəfərli ilə qısa müsahibə edib.

Natiq Cəfərli: “Azərbaycanda proporsinal seçki sistemi bərqərar olarsa, həmin sistem çərçivəsində parlamentdə ən çox yer qazanmaq uğrunda mübarizə aparan partiyalardan biri, bəlkə də birincisi məhz ReAL olacaq”.

ReAL Hərəkatının icraçı katibi ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

- Natiq bəy, ReAL Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində “Real Cümhuriyyətçilər” bloku ilə iştirak edəcək. Onu da qeyd edək ki, gözlənilmədən növbədənkənar seçkiyə maraq çox böyük oldu. Hazırı seçki mühiti ilə bağlı ReAL Partiyasının mövqeyi necədir və bu seçkilərin ədalətli ola biləcəyinə inanırsınızmı?

- Əslində bu ideya çoxdan var idi. Yəni belə bir ideya yaranmışdı ki, ReAL Partiyası tək üzvlərlə yox, ölkədə tanınmış müstəqil baxışları olan şəxslərlə birlikdə seçkilərə getməsi daha yaxşı olardı. Çünki bu zaman həm seçkilərə maraq artacaq, həm koalisiyaya üzv olan şəxslərin qalib gəlmə şansı yüksələcək.

Hətta erkən seçkilər elan olunmamışdan öncə belə bu danışıqlar cəmiyyətdə tanınmış və müstəqil şəxslərlər aparılırdı. Erkən parlament elan olunması bu prosesi daha da surətləndirdi. İntensiv görüşlərimiz oldu və cəmiyyətdə çox tanınmış insanlar var ki, onlarla ilkin razılaşmamız oldu. Bu gün koalisiya elan edildi. Növbəti günlərdə bu koalisiyaya qoşulan həm real üzvlərinin, həm də müstəqil şəxslərin sayları getdikcə artacaq. “Real Cümhuriyyətçilər” koalisiyasi bu seçkilərdə ən yaxşı nəticə göstərməyə iddialı olan bir mərkəzə çevriləcək.

Natiq Cəfərli: “Biz əlimizdən gələni edəcəyik ki, seçkilər azad, şəffaf və ədalətli keçirilməsi üçün ilkin şərtlər yaransın”.

Ən azından hesab edirik ki, bu seçkilər daha fərqli olacaq. Bunu indidən söyləmək mümkündür. Biz əlimizdən gələni edəcəyik ki, seçkilər azad, şəffaf və ədalətli keçirilməsi üçün ilkin şərtlər yaransın. Yəni həm müşahidəçilik institutu ilə, həm xaricdən gələn müşahidələrin iştirakı ilə şəffaf seçkilərin keçirilməsinə nail olmağa çalışacağıq.

Təbii ki, seçkilərin tam demokratik keçirilməsi ilə bağlı şübhələr var. Çünki Mərkəzi Seçki Kommisiyasının tərkibi ilə bağlı kifayət qədər suallar var. Amma ən azından bu seçkilərin digər seçkilərdən fərqli keçmə ehtimalı daha yüksəkdir.

- Azərbaycanda partiyaların reytinqi barədə sorğular keçitilmir. ReAL Partiyasının gözləntiləri nədir və proporsinal seçki olsaydı təqribən neçə faiz səsə iddia edərdiniz?

- Biz yay aylarında öz resurslarımız və mütəxəssislərdən ibarət komandamız hesabına böyük bir sorğu keçirdik. Sorğu təqribən min nəfəri əhatə edirdi və bu sorğu ölkənin bütün regioanlarında sosiologiya elminə uyğun keçirildi. Sorğunun suallarından biri də məhz partiyaların reytinqi ilə bağlı idi. ReAL-ın həmin sorğudakı reytinqi Bakıda 30 faizə yaxın, regionlarda isə 20-21 faiz civarında idi. Təbii ki, başqa təşkilatların keçirdiyi sorğuda rəqəmlər, faizlər müxtəlif ola bilər.

Natiq Cəfərli: “Mərkəzi Seçki Kommisiyasının tərkibi ilə bağlı kifayət qədər suallar var. Amma ən azından bu seçkilərin digər seçkilərdən fərqli keçmə ehtimalı daha yüksəkdir”.

Azərbaycanda proporsinal seçki sistemi bərqərar olarsa, həmin sistem çərçivəsində parlamentdə ən çox yer qazanmaq uğrunda mübarizə aparan partiyalardan biri, bəlkə də birincisi məhz ReAL olacaq.

- Natiq bəy, hazırda neçə dairədən namizəd irəli sürməyi düşünürsünüz və hansı dairələrdə uğur qazanacağınızdan əminlik var? O cümlədən parlamentdə neçə deputatala təmsil ediləcəyinizə ümid edirsiniz?

- Bu günə qədər tək ReAL Partiyasından 43 dairə ilə bağlı namizədlər müəyyənləşib. Amma məlumdur ki, bu gün koalisiya elan olundu və buna görə də dairələrin sayı artacaq. Düşünürəm ki, namizədlərin qeydə alınma sürəcinin sonuna qədər ən azı 55 dairədən namizədlərimiz olacaq. Namizədlərimizin hamısı qələbə üçün sona qədər mübarizə aparmağa, seçiçilərlə daha sıx və intensiv görüşməyə köklənib. Bütün dairələrdə kifayət qədər yüksək nəticə göstərəcəyimizə əminik. Amma daha real baxışlarla baxsaq ReAL Partiyasında ön cərgələrdə təmsil olunan şəxslərin qələbə qazanmaq şansı daha yüksəkdir.

Natiq Cəfərli: “ReAL Partiyasında ön cərgələrdə təmsil olunan şəxslərin qələbə qazanmaq şansı daha yüksəkdir”.

Onu da vurğulayım ki, koalisiyada təmsil olunan müstəqil namizədlərin hər biri cəmiyyətdə kifayət qədər tanınmış insanlardır. Buna görə onların da qələbə çalacağı ehtimalı çox yüksəkdir.

Bu parlament seçkilərində bizim hədəfimiz parlament fraksiyası yaradacaq qədər deputat mandatı qazanmaqdır.

- Seçkilərdə və seçkilərdən sonra parlamentdə hansısa partiyalarla əməkdaşlıq etməyi və yaxud bir fraksiya ya da blokda təmsil edilməyi düşünürsünüzmü?

- Bizim parlamentdə qazanacağımız yerlərin sayı kifayət qədər olsa, ReAL üzvləri və müstəqil namizədlər bir fraksiya yarada bilsələr təbii ki, özümüz o fraksiyanı yaratmağa çalışacağıq. Amma bizimlə eyni dəyərləri, eyni yanaşmanı bölüşən müstəqil şəxslər və siyasi partiyalar da təmsil olunsa, bununla bağlı ciddi danışmaq və müəyyən razılıqlara gəlmək mümkündür.

Nərminə UMUDLU
pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar