Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Babayev son mənzilə yola salınıb - Foto

Martın 27-də "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Rauf Babayevin İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib...

PİA.az "AzərTac"a istinadən xəbər verir ki, mərhumun məzarı önünə əklillər qoyulub, qərənfillər düzülüb.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, R.Babayev Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri olub və müasir estradanın inkişafını onsuz təsəvvür etmək mümkün deyil. O, əfsanəvi “Qaya” Dövlət Ansamblının sonuncu üzvü idi. “Çox gözəl musiqi zövqünə malik olan Rauf Babayev öz aranjirovkaları ilə teatr tamaşalarına, filmlərə hər zaman dəstək verirdi. O, eyni zamanda sadə və təvazökar bir insan idi”, - deyə nazir vurğulayıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə qeyd edib ki, bu gün Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əfsanəvi "Qaya" Dövlət Ansamblının yaradıcılarından biri olan Rauf Babayev 82 yaşında dünyasını dəyişib. Mövcud vəziyyətlə əlaqədar çoxları dəfn mərasimə qatıla bilməyib. Lakin onun dostları və musiqisevərlər Rauf Babayevi düşünür, qəlbən kədərlənirlər. “Belə insanlar həyatdan köçəndə biz mədəniyyətimizi daha çox sevməyə başlayırıq”, - deyə M.Adıgözəlzadə bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ən çox oxunanalar