Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Arifoğludan İqbal Ağazadəyə - "İşverənliyi dayanmır ki, dayanmır"

Canlı yayımda mahiyyətcə Yezid olduğunu etiraf etdi, heç fərqinə varmadan...

"Son 5 ildə qatıldıqları 4 seçkidən sıfır nəticə alan bir partiya və lider təsəvvür edin. Ortaya düşüblər, dəli kimi sevinirlər. Yeyib-içirlər… "Ümidlənirik", deyirlər. Nədir-nədir, mənim nəticəm üçün ərizə yazıb, onun ləğv olunmasına nail (bais) olublar. Bunlara elə gəlir. Ağılları belə kəsmir ki, gedən proses nədir".

Bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.

O, ad çəkməsə də, bu ifadələri "Ümid" Partiyasının sədri İqbal Ağazadəyə ünvanlandığı şübhəsizdir. Rauf Arifoğlunun sonrakı fikirləri də göstərir ki, tənqid hədəfi "Ümid" Partiyasının sədridir:

"Sabah bir ərizə də mən Apelyasiya məhkəməsinə yazıb, bu haqsızlığa son versəm, nəticəni bərpa etdirsəm, bunlara nə olacaq, Allah bilir… Ümiddən kəsilənlər. Ortada yalanlar uçuşur – bir saxtakar, bir ajan, bir pataloji yalançı ictimai rəyi manipulyasiya edir, haqqımızda ağzına və ağlına gələni danışır. Təhdid, şantaj, vicdansız və vicdanlı yalanlar…

Rüşvət verib, seçkiyə klon namizəd gətirən, məntəqə üzvlərini rüşvətlə ələ alan, zamanında azacıq dara düşüb, özünü batıran (bütün mənalarda), içi mən qarışıq bütün dostlarını satan, türmədən alverlə çıxıb, 3 sezon anlaşmalı deputat olan birisi indi müqəddəs ata obrazındadır. Dəyərdən danışana bax. Kişilikdən dəm vurana bax. Məni yazı yazmaqla təhdid edir. Səndən kitabım var, adam. Türmədə yazdığım, sənə görə çap etmədiyim… Unutmusan? (Adam bir dəfə ifadə verib, məni tutdurub, buna görə 17 ay yatmışam… İşverənliyi dayanmır ki, dayanmır…) Bakıda olmadığım bir tarixdə guya mənimlə görüşən, 3 kişinin arasında olan anlaşmalı söhbəti həyasız təhriflə efirə püləyən, iki efir müddəti qədər yalan, yalan, yalan və yalan söyləyən donqili "lider"!!!

Bütün Azərbaycan səni layk eləsin, mənə vız gələr. Xarakterimi bilirsən axı. Hədələmə, təhdid etmə. Yazdım axı, səninlə işim yoxdu. Daha öncəliyim deyilsən, mən öncəliklərə baxaram, keçmişlərə deyil. Nədən qorxursan, niyə narahatsan, bilmirəm. Qorxma, mən sənin kimi deyiləm, namərd və pis işlərə bulaşdırmam özümü. Səni qorxduğun yerlərdən vuran mən deyiləm!!! Mən nə edirəmsə, aşkarda edirəm. Açıq edirəm!!! Seçki bitib, get yaralarını sarı, get aldatdığın adamlara cavab ver. Sıfır nəticəni bayram etməyi və məni hədələməyi yığışdır. Təkrar seçkilərdə 35-ə gəlsən, o zaman mövzuya və sənə qayıdarıq.

P. S. "Ona Kərbəla müsibətini yaşadacam", dedi. Bunun nəzərində 35-ci dairə Kərbəla imiş və mənə – bir İmam Hüseyn aşiqinə burada Kərbəla müsibəti yaşadırmış… Canlı yayımda mahiyyətcə Yezid olduğunu etiraf etdi, heç fərqinə varmadan!!!
Yezidə və yezidliyə lənət…"

9 fevral seçkilərində Rauf Arifoğlu ilə İqbal Ağazadə 35 saylı Xətai ikinci seçki dairəsində rəqib olublar. Mərkəzi Seçki Komissiyası Rauf Arifoğlunu qalib elan etsə də, sonradan dairənin nəticələri ləğv olunub.

pia.az


Etiket: Rauf Arifoğlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar