Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Fotolar

“Yeni Müsavat” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Arifoğlunun səhhətində problem yaşanıb

Bu barədə məlumatı R.Arifoğlu Feysbuk hesabında qeyd edib. O, son 3 gününü xəstəxanada keçirdiyini bildirib:

Azərbaycan həkimlərinə təşəkkür edirəm. Son 3 günümü xəstəxanada keçirdim. Təkrarlanan qəfil başdönmələri, aritmiya ilə Mərkəzi Gömrük Hospitalına müraciət etdim. Mükəmməl, qayğıkeş, savadlı həkimlərimiz, dünya standartlarında xəstəxanamız var deyə bilərəm. Eyni simptomla Londonda da xəstəxanada oldum, müayinələrdən keçdim. Türkiyədə də ən məşhur xəstəxanalarda ya özüm, ya da yaxınlarım müayinə - müalicələrdən keçiblər. Müqayisə üçün çoxlu predmet var yəni. Birmənalı şəkildə deyirəm ki, Gömrük Hospitalı da daxil olmaqla, Azərbaycanın bir neçə xəstəxanası və xüsusi ilə həkimləri heç nə ilə geri qalmırlar. Artıq xaricə getməyə, əlavə məsrəflər etməyə heç gərək qalmayıb.

Belə mükəmməl tibb ocağı qurduqlarına görə Gömrük Komitəsinə, hospitalı saat kimi dəqiq işlədən baş həkim Elman Məmmədova, dünyaca məşhur kardio-cərrahımız, dəyərli millət vəkilimiz, ailəmizin iki üzvünün ürəyini əməliyyat edib, onlara həyat verən, bu dəfə isə qayğısını məndən əsirgəməyən Rəşad Mahmudova, kardioloq Günay Məmmədovaya, möcüzələr yaradan nervpotoloq, dəyərli həkimim Lala İbrahimova-Hesenovaya, tibb bacılarına, bütün personala minnətdaram.

Həm müayinə, həm müalicə olundum, həm dincəldim, qısa müddətdə formaya qayıtdım. Allah bütün xəstələrə şəfa versin”.(axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar