Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Rasim Musabəyov boykot olunur - “Seçicilərlə görüşə gəlmir"

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən hakimiyyətin dəstəklədiyi namizəd Rasim Musabəyov seçicilərlə görüşdən yayınır...

Daha doğrusu ötən beş ildə seçicilərinin problemi ilə məşğul olmayan Rasim Musabəyov bu dəfə onların qarşısına çıxmağa cürət etmir.

Bu barədə Gununsesi.org-a adıçəkilən dairənin hüdudlarında yaşayan seçicilər bildirib. Onların sözlərinə görə, ötən beş ildə Rasim Musabəyovun üzünü yalnız hansısa tv ekranlarında siyasi açıqlamaları ilə görüblər.

Deputata problemlərinin həlli ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını deyən Nərimanov sakinləri, ona bu dəfə səs verməyəcəklərini bəyan ediblər.

Rasim Musabəyovdan ən çox narazı qalanlar isə əhalinin həssas təbəqəsi olan gözdən əlillər və eşitmə qüsurlu insanlardır. Həmin şəxslər Rasim Musabəyovdan ciddi narazılıqlarını ifadə edir.

Gununsesi.org-un əməkdaşı seçicilərinə laqeyid münasəbətinin səbəbini soruşmaq üçün deputatın özüylə danışıb.

“Rasim bəy, nə üçün seçicilərinizdən yayınırsınız, gözdən əlillər sizinlə ötən beş ildə görüşə bilmədiklərini deyir, səbəb nədir” sualına deputatlığa namizəd “Mən onlarla görüşə gedəcəyəm. Bu sizi narahat etməsin”, deyə cavab verib.

“Həmin insanların sizə səs verməyəcəklərini bəyan etməsi sizi narahat etmir ki” sualına isə Rasim Musabəyov belə cavab verdi: “Siz bütün seçicilərin adından danışırsız. Mən onlarla görüşəcəyəm və dinləyəcəyəm”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar