Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev Şəfiqə Məmmədovanı təhqir etdi: “Satqın və yaltaq bir adamdı”

Məşhur kinoaktrisa Şəfiqə Məmmədovanın “Rasim Balayevin də kabineti olub, indi kabineti yoxdur deyə belə danışır” fikrinə qarşı tərəfdən cavab gəlib

PİA.AZ xəbər verir ki, R.Balayev “Ölkə.Az”a açıqlamasında Ş.Məmmədova barədə sərt ifadələr işlədib:

“Şəfiqə Məmmədova ….(qeyri etik ifadələr işlədir) . Mənim kabinetim olmayıb. O kabineti Hökumət Evində kirayə götürmüşdük. Bunun da kabineti var. İstəyir ki, ona təzə bina tikdirsinlər. Kino yoxdur, amma bu, özünə kabinet axtarır. Şəfiqənin dediyi kabineti ittifaq icarəyə götürmüşdü. Biz yazıqların icarə haqqını ödəməyə pulumuz yox idi. Amma bunun yeri də var, pulunu da verirlər. İstəyir ki, bir az mərkəzdə bina tikdirsin”.

Əməkdaşımızın “Sizin Şəfiqə xanımla münasibətləriniz gənclik illərindən gərgin olub, yoxsa sonradan arada sərinlik yaranıb” sualına Rasim Balayev belə cavab verib:

“Şəfiqə kimdir ki, mən onunla yola getməyim? Onun səksənə yaxın yaşı var, otuz il bu sənətdə olub, əlli ildir sənətdə yoxdur. Amma mən bu gün də sənətdəyəm. Həm də o qadın, mən kişi. Onun rolunu mənə verməyəcəklər, mənim də rolumu ona. O, “mraz”dı, içində qurdlar var. Vaxt var idi Rüstəmin qolundan sallanıb “Rustamulya, Rustamulya” deyirdi. Satqın və yaltaq bir adamdı”.

Qeyd edək ki, Şəfiqə Məmmədova ötən gün “Ölkə.Az”a açıqlamasında R.Balayevin tənqidlərinə cavab vermişdi:

“Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm. Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar