Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev: “Şəfiqə kimilər kabinet axtarır, Zeynəb isə...”

“Deyirlər ki, prezident İlham Əliyev ilə görüşün siyahısını Mədəniyyət Nazirliyi hazırlayıb. Adımın siyahıda olmama səbəbini bilmirəm, bu haqda düşünmürəm. Heç kim mənə zəng edib, demədi ki, niyə dəvət olunmamışam?”

PİA.AZ bildirir ki, bu sözləri musavat.com saytına açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O, bildirib ki, tədbirə dəvət olunsaydı, Azərbaycan kinosunun vəziyyəti barədə danışardı: “Dəvət olunsaydım, mənim də deyəcəyim sözlər vardı. Mehriban Zəkinin Allah canını sağ eləsin. Mənim ürəyimdəkiləri dedi. Mən də getsəydim, kinomuzun problemlərini dilə gətirəcəkdim.

Kimisi kino üçün çalışır, Şəfiqə kimilər də özünə kabinet axtarır. Şəfiqə Məmmədova deyir ki, Kino İttifaqının binası yoxdur. Ay Şəfiqə, birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır.

Zeynəb Xanlarova da deyir ki, şikayət etməyin. Camaatın ildə bir dəfə prezidenti görüb, fikirlərini deməsi normaldır. Sənət adamlarının problemləri deyilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı M.Zəki film sahəsinə diqqət ayrılmasını və kinostudiyanın təmir olunmasını istəyib.

pia.az


Etiket: Rasim Balayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar