Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Rövşən: Bəlkə də, ürəklərində məni qısqanırlar, amma...

Ağlıma gəlməyən şeirlərimə belə mahnılar yazılıb. İndiyə kimi bir çox şeirlərimə yazılan mahnılar oxunub...

Həmin şeirlərimə mahnıların yazılacağına inana bilmirdim. Son olaraq həm Nəzakət Teymurova, həm də Ehtiram Hüseynov çox fərqli kompozisiyalar hazırlayıb.

Bunu Oxu.Az-a açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.

“Şeirlərinizə yazılan mahnıları oxuyan ifaçılardan kimlərin ifasını bəyənirsiniz?” sualına Xalq şairi kiminsə adını çəkmək istəmədiyini bildirib:

“Kimlərin ifasını bəyəndiyimi deyə bilmərəm. Ümumiyyətlə, şeirlərimə yazılan mahnıların hamısını bəyənirəm. Onları bir-birindən ayırmıram. Çünki mahnı müəllifi şair deyil, bəstəkar və ifaçıdır. Özüm daha çox klassik musiqilərə qulaq asıram”.

Ramiz Rövşən hazırda səhhətinin yaxşı olduğunu qeyd edib:

“Bu yaxınlarda 73 yaşımı qeyd etdim. Bu yaşdan sonra səhhət haqqında nikbin danışmaq çətin olsa da, 73 yaşa görə pis deyiləm”.

“Şair olaraq sizi qısqananlar varmı?” sualına Xalq şairi bu barədə danışmaq istəmədiyini deyib:

“İnanın ki, bilmirəm. Bəlkə də, ürəklərində qısqanırlar. Amma mən belə bir şeyin olmasını istəmirəm.

Ümumiyyətlə, cavan şairlərimiz çoxdur. Bəyəndiklərimin adını bir-bir çəksəm, digərləri inciyər. İnanın ki, mən poeziyamızdan ümidliyəm. Hər şeyin yaxşı olacağına inanıram”.

pia.az


Etiket: Ramiz Rövşən


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar